Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşot Süni

Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı.
Bioqrafiya
Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır:

“...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”

Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqqda yazır:

"Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub. Lakin bu, ermənilərin qismətinə düşən bəla və əzabların başlanğıcı idi, çünki bir azdan sonra Allah tərəfindən ermənilərin alnına yazılmış bütün bəlalar çar Smbata nəsib oldu Allah – təalanın qüvvəsi onu tərk etdi, özünün və ermənilərin həlak yolu ilə gedib vəhşiyəbənzər insan yox, it xasiyyətli bir ərəb knyazının yanına öz könlü ilə gəldi və o da Smbatı tutub çarmıxa çəkdirdi."


Tarix: 09.02.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 251 Bölmə: Ümumi
loading...