Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan 2014 Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycan Danimarkanın 2014-cü ildə ev sahibliyi edəcəyi Avroviziya Mahnı Müsabiqəsinə qatılacaqdır. Azərbaycan təmsilçisi İctimai Televiziya (İTV) tərəfindən təşkil olunmuş Böyük Səhnə yarışması vasitəsilə seçiləcək.
Super kastinqlərin qalibləri
Kastinqlər ərzində jüri 12 namizəd seçməli idi. Amma seçimlərin çox çətin olduğunu qeyd edən jüri heyəti bu sayı 14 namizəd yerinə qaldırdı. Aşağıdakı 14 namizəd ilkin turlarda seçilərək növbəti mərhələyə keçmişlər:

1. Wave Wave qrupu (Bakı) 2. Valeriya Hüseynzadə (Bakı) 3. Samirə Əfəndiyeva (Bakı) 4. Lalə Sultan (Bakı) 5. Xana Həsənova (Bakı) 6. Hülya İbadova (Bakı) 7. Fuad Əsədov (Bakı) 8. Erkin Osmanlı (Bakı) 9. Elton İbrahimov (Bakı) 10. Dilarə Kazımova (Bakı) 11. Azad Şabanov (Bakı) 12. Aydın Eyvazzade (Bakı) 13. Aişəbəyim Nağıyeva (Gəncə) 14. Safa Eldar (Sumqayıt)

Yarımfinallar
Birinci yarımfinal
Birinci yarımfinal 9 Fevral 2014 tarixində Bakı şəhərində keçirilmişdir. Bu mərhələdə jürinin verdiyi səslərə əsasən Super Kastinqlərdə qalib gəlmiş 14 nəfərdən 4ü oyunu tərk edərək 10 yarışçı növbəti mərhələyə adlamışlar. Əvvəlcə mərhələ adlayan iştirakçıların sayı 6 nəfər müəyyənləşmişdi. Lakin sonradan jüri bu sayı artıraraq 10 namizəd yeri etdi. Növbəti mərhələyə keçən namizədlər:

Aydın Eyvazzade (Bakı)
Hülya İbadova (Bakı)
Samirə Əfəndiyeva (Bakı)
Elton İbrahimov (Bakı)
Fuad Əsədov (Bakı)
Xana Həsənova (Bakı)
Erkin Osmanlı (Bakı)
Dilarə Kazımova (Bakı)
Valeriya Hüseynzadə (Bakı)
Azad Şabanov (Bakı)
Növbəti mərhələyə adlaya bilməyən iştirakçılar:

Wave Wave qrupu (Bakı)
Safa Eldar (Sumqayıt)
Lalə Sultan (Bakı)
Aişəbəyim Nağıyeva (Gəncə)


Tarix: 12.02.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Ümumi
loading...