beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya Azərbaycanlılarının I Qurultayı

Dünya Azərbaycanlılarının I Qurultayı — Dünya azərbaycanlılarının ilk Qurultayıdır.

"Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.

Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.
İştirakçılar
Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ,Türkiyə,Rusiya,Böyük Britaniya,Kanada,Almaniya Fransa,Gürcüstan,Avstriya,Rumıniya,İsveçrə,Avstraliya,Özbəkistan,Ukrayna,Estoniya,Latviya,Moldova,Qazaxıstan,Danimarka,Hollandiya,Finlandiya,Belarus,İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.

Qurultay zamanı
2001-ci il noyabrın 9-da,qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləmişdir.O,Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir.Prezident Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi,Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi,qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti,Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən böyük məmnuniyyətlə dinlənilmiş və ruh yüksəkliyi ilə qarşılanmışdır. ABŞ,Böyük Britaniya,Fransa,Almaniya,Gürcüstan,Özbəkistan,Rusiya,Türkiyə və Ukraynadan,habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək,Dünya azərbaycanlılarının I qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi,həmrəyliyi,azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər. Qurultay öz işini səkkiz komissayada-İnsan hüquqları və beynəlxalq əlaqələr,Ana dili və azərbaycanşünaslıq,Elm və təhsil,Mədəniyyət,İqtisadi əlaqələr,Gənclər və idman məsələri,Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması məsələri,Kütləvi informasiya vasitələri və informasiya mübadiləsi komissiyalarında davam etdirmişdir.Komissiyalarda səmərəli müzakirələr aparılmış və mühüm qərarlar qəbul edimişdir. Noyabrın 10-da oz işini başa vuran qurultay Dünya azərbaycanlılarının I qurultayının qətnaməsi,Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti, Dünya azərbaycanlılarının I qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan ,Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə,beynəlxalq təşkilatlara,xarici ölkələrin hökümət rəhbərlərinə və parlamentlərinə müraciəti,Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti,Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti adlı sənədlərini qəbul etdi. Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasını və onun 23 nəfərdən ibarət İdarə Heyətini,İdarə Heyətinin sədrini və dörd müavinini seçmişdir(bu siyahılar mətbuatda dərc olunmuşdur

Qəbul olunan sənədlər
Dünya Azərbaycanlılarının I Qurultayında 5 sənəd qəbul olunmuşdur:

"Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi"
"Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti"
"Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti"
"Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti"
"Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti"


Tarix: 12.02.2015 / 15:56 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Ümumi