Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxri xiyaban

Fəxri xiyaban — Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleks. 1948-ci ildə Bakı şəhərinin dağlıq hissəsində, Yasamal rayonu ərazisində yaradılmışdır[1].

Fəxri xiyabanda dəfn olunanlar, əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlardır.

Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur.

Həmçinin, dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da vardır.


Tarix: 08.01.2015 / 01:09 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Ümumi
loading...