beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Intelligenzquotient-IQ

Intellekt nisbeti (almanca Intelligenzquotient-IQ) insanın malik olduğu intellekt qabiliyyetinin kemiyyet göstericisidir. Verilmiş şexs eyni zamanda cemiyyetde orta statistik insanın malik olduğu intellekte nisbeten müqayise olunur. Bunun üçün xüsusu testler mövcuddur. IQ testleri bilik seviyyesini yox, düşünme qabiliyyetini aşkar etmeye xidmet edir. İntellekt nisbeti ümumi intellekt faktorunun (g) qiymetlendirilmesi üçün tetbiq edilir.

İQ testleri ele tertib edilir ki, neticeni merkezi 100%-e beraber İQ qiymeti olan normal sepelenme kimi tesvir etmek mümkün olsun, bele ki, insanların 50%-i 90-110 arasında, 25%-i ise 110-dan artıq qiymete malik olsunlar. Amerika ali mektebinin mezununun İQ qiymeti 115, elaçıların ki, ise 135-140 teşkil edir.İQ qiymeti 70-den kiçik olan şexsler eqli cehetden geri qalmış hesab olunur.

Tarixi haqqında

"Intellekt nisbeti" anlayışı 1912-ci ilde alman psixoloqu Villyam Ştern (William Stern) terefinden daxil edilmişdir. 1904-cü ilde Alfred Binet terefinden işlenmiş intellekt testlerinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılır. Binet mekteb uşaqlarında sinifleşdirme testleri apararaq bu neticeye gelir ki, bir uşağa verilmiş qiymet "intellekt" kimi qebul edile bilmez, çünki, o bir ededle teyin olunmur. O, bu mövzu haqqında deyir: "Şkala, düzünü desek, intellekt üçün ölçü deyil, çünki, intellekt keyfiyyetleri cemlenmirler ve bununla xetti seth kimi ölçüle bilmez". İlk vaxtlarda mektebe geden uşaqlar üçün yaradılmış İQ hesablanması sonralar David Veksler terefinden inkişafla elaqeli olan böyütme emsalı (100) ile böyüklere de tetbiq edilir.

Hesabatın aparılması

İntellektin araşdırılmasının evvelinde Villyam Ştern ve Alfred Binet intellektin yaşına esaslanan üsulldan istifade edirler. Bu anlayış aparılmış testin neticelerini verilmiş yaş heddine uyğun olan orta test neticesine nisbetini tesvir edirdi:

IQ = (İntellekt yaşı/Heqiqi yaş)× 100

Meselen, anadan olandan 20 yaş olan şexsin eqli 22 yaşa uyğun gelerse, onda onun üçün İQ = 22 / 20 × 100 = 110.

Bu ölçü qiymetlerini müqayise etmek üçün İQ normal sepelenme üzre normalaşdırılır. David Veksler İQ qiymetinin tesadüfi meyillenme dispersiyası orta qiymetden (100) yuxarı ve aşağı istiqametde 15 xal meyillenmesini tesvir eden şkala tetbiq edir. Bir çox intellekt araşdırmalarında qiymetlerin tesadüfi meyillenmesi 15 xal heddinde (meselen, Hamburq-Veksler testi) götürülse de, başqaları bu qiymeti 10 xal heddinde qebul edib (meselen, Rudolf Amthauere göre İ-S-T intellekt-struktur testi).

İQ testleri üçün dövletlerden asılı olaraq müxtelif şkalalar tetbiq edilir. İngilis dilli dövletlerde tetbiq olunan testlerde tesadüfi kemiyyetlerin dispersiyası 16-24 xal arasında deyişir. Ümumilikde ise demek olar ki, orta qiymetden meyillenme üçün 15 xal geniş tetbiq edilir.

Veksler şkalasına göre ehalinin 68%-i üçün intellekt nisbeti 100 orta qiymet üçün 85-115 arasında yerleşir. Ölçü qiymeti 100-den uzaqlaşdıqca onda ölçü xetaları böyüyür. Ona göre de, en böyük ve ya kiçik İQ qiymeti statistik baxımdan o qeder de etibarlı sayılmırlar ve ehtiyatla işledilirler. Fitri istedada malik olan şexslerin intellektini qiymetlendirmek üçün meyillenme xetasının ikiqat qiymetinden o terefe deqiqa danışmaq olur, yeni İQ-su 130-dan çox olan şexsler haqqında bu fikri söylemek olar. Ancaq bu xüsusi testlerin kömeyi ile daha da deqiqleşdirilir. Aşağı heddlerde oxumağa çetin çetinlik çekenler (IQ 85–70), orta (IQ 49–35), nisbeten zeif (IQ 34–20) ve en zeif intellekte malik olanlar (IQ<20) ferqlendirilirler.
Testlerin aparılması

Binet apardığı intellekt sınaqlarında müxtelif mövzularda silsile tapşırıqlar tetbiq edir. Hel olunan tapşırıqlara xal verilir. Bu günde de intellekt testlerinin aparılmaısnda bu üsuldan istifade edilir. Tapşırıqlara gündelik heyatda qarşılaşan meseleler ve problemlerden suallar daxil edilir. Bir hissesi mentiqi ve ya riyazi meselelerin hellinden ibaret olur (meselen ededler sırasını tamamlamaq). İlkin suallar esasında artıq yaddaşın hecmini qiymetlendirmek olur. Testlerin aparılamsı üçün dil meselesi de nezere alınır, yeni tapşırığın qoyuluşu dürüst olmalıdır. Buna göre de, bu testlerin aparılmasına tenqidler mövcuddur ki, şexsler tapşırığı başa düşmürlerse onda onların intellekti olduğundan zeif qiymetlendirilir.

1956-cı ilde Cohn Raven medeniyyetden, dilden asılı olmayan "proqressiv matrisa" adlanan üsul teklif edir. Bu düsturla yad medeniyyete mensub olan şexslerin testde iştirakı problem yaratmamalı idi. Ancaq bu üsul da lazımı neticeni vermir, çünki, mütexessislerin fikrince insanların düşünme stili onların malik olduqları medeni deyerlerle müeyyen olunur ve medeni deyerler yalnız dil ile tesvir oluna bilmez.

1950-i illerde David Veksler 11 hisseden ibaret başqa test silsilesi teklif edir, burada ümumi bilik, söz ehtiyatı, hesablama düşüncesi, vizual qavrıma ve abstraktlaşdırma qabiliyyeti yoxlanılır. Hamburqlu psixoloq Kurt Bondi (Curt Bondy) Hambur-Veksler-İntellekt testini tekmilleşdirir. Bu üsul bu güne kimi en yararlı üsul sayılır. 1983-cü ilde aparılmış bir yoxlama neticesinde bu üsul daha da inkişaf etdirilir.

Almaniyada geniş yayılmış üsullardan biri de İntellekt-struktur-testidir. Bu üsul Rudolf Amthauer terefinden işlenmişdir.

Test suallarını cavablandırmaq üçün adeten müeyyen vaxt qoyulur. Sade meselelerin, meselen kağız üzerinde tesadüfi düzülmüş reqemleri artan sıra ile böyük süretle birleşdirmek zamanı aparılan müşahideler zamanı 1970-ci ilde yeni nezeri ve praktiki üsullar (meselen Osvald Rot terefinden "Reqemleri birleşdirmek" testleri) işlenir. Koqnitiv informasiya alma süretini ve yaddaş hecmini ölçmekle ümumiyyetle beynde qısa ve daimi yaddaş güclerini qiymetlendirmek olurdu. Bununla İQ anlayışı informasiya psixologiyasında da tetbiq olunmağa başlayır.

IQ testlerinin aparılması zamanı müxtelif medeniyyetlerin speşifik xüsusiyyetleri onun neticelerine ciddi tesir gösterir. Meselen, bir medeniyyet üçün vacib olan amil başqa medeniyyet üçün ehemiyyetsiz görüne biler. Bu baxımdan İQ testlerin neticelerinin medeniyyetler arasında müqayisei artıq mümkün olmur.

Bu hetta sosial tebeqler arasında da öz rolunu gösterir. Küçede yaşayan bir "avarının" verdiyi testin neticeleri çox vaxt onların heqiqi intellektlerinin seviyyesini göstermir. Çünki, onlar suallara cavab vererken bezen bilerekden sualları düzgün cavablandırmırlar. Elbette insanın test zamanı malik oduğu ehval-ruhiyyesi ve fiziki durumu da neticelere ciddi tesir gösterir. Tapşırıqların helli zamanı konsentrasiya qabiliyitti esasdır. Dağınıq fikire malikolma çox müxtelif sebeblerle elaqeli ola biler. Pisyatma ve yaxud gerginlik testin neticelerini pisleşdirirler. İmtahan qorxusu olan şexslerde ümumiyyetle İQ testlerinin aparılması zamanı problemler yaranır.
İntellekte göre sinifleşdirmenin tenqidi

"Intellekt" anlayışı müxtelif psixologiyanın müxtelif sahelerinde tetbiq olunduğundan müxtelif peşe sahelerinden tenqide meruz qalmışdır. İlk defe olarq Teodor Adorno 1946-cl ilde İQ anlayışını keski tenqid etmişdir.

Çox vaxt "İntellekt"in bir sıra koqnitiv qabiliyyetlerden yaranmasına göre, aşağı tebeqeye aid olanların İQ testlerden pis qiymet alması ve bununla onlara psoxoloji zerer vurulması tenqid edilir. Aşağı sosial tebeqeden olan şexsler ve onların uşaqları aparılan tedqiqatalar göre yuxarı tebeqede duranlar nisbeten zeif intellekte malik olurlar.

Başqa tenqidçiler İQ testlerini ümumiyyetle insan intellektinin ölçülmesinde tetbiqini düzgün olmamasını tekid edirler.

Fransız sosiologu Pyer Burdye intellekt anlayışını tenqid edir. O intellekt problemin bioloji esasını araşdırmamağı, eksine bele bir sosial problemin sosial şertlerini ve bununla "intellekt rasiszmini" ve ya "sinifler rasizmini" tedqiq etmeyi meslehet görür.

Başqa psixoloqar Hans Yurqen Eystenk ve Artur Yensen intellektin nesilden-nesile keçmesini söylemişler.Onlar da istedad testlerinin aparılmasının fehle sinfinin uşaqlarına qarşı edaletsizliye yol verilir. Onların fikrince istedad testi bir şexsin bütün qabiliyyetlerini yox, genden asılı olan qabiliyyetleri oratya çıxarmaqla meşğul olur. Adeten testlerin aparılmasında orta tebeqenin malik oduqları qabiliyyetleri yoxlamağa cehd edilir. Burada fehle uşaqlarının qabiliyyetlerini eks etdiren amiller nezere alınmır.

Eystenk ve Yensen hem de gösterirler ki, bu ferq özünü assosiativ qabiliyyetlerde yox, yalnız koqnitiv qabiliyyetlerde özünü gösterir.

Yensen aşağı tebeqedeye aid olan zeif intellekte malik uşalar haqqında yazır:

"... bu uşaqların çoxunda onların İQ göstericisinden ferli olaraq daha ayıq olmaları nezere çarpır. Yeni sinife gelen uşaq, meselen, bir neçe güne 20-30 uşağın adını ezber öyrenir, mekeb qaydalarına tezlikle yiyelenir, mekteb heyetindeki müxtelif oyunları menimseyir ve neticede elde etdiyi netice onun İQ -sunun 60 olduğunun yalanını çıxarır. Bütün bunlar gösterir ki, aşağı tebeqeden çıxmış uşaqlara qarşı aparılan testler edaletsiz olurlar, çünki onların orta tebeqedn gelen uşaq yoldaşları il boyu cemi iki-üç uşağın adını yadlarında saxlaya bilirler." – Artur Yensen: „İnsanların müxtelifliyi“

Burada onu da qeyd etmek lazımdır ki, Avropada, esasen ise Almaniayda qabiliyyet sınaqları çıx geniş tetbiq olunur. Bu üsul kiçik yaşlı uşaqalrın ve mekteblilerin seçilmesinde istfade eidlir ve neticede uşaqlar müxtelif seviyyeli mektebere (meselen Almaniyada 3 növ, müxtelif seviyyeli orta mekteb fealiyyet gösterir) gönderilir. Aşağı seviyyeli mektebi qurtaran gencin cemiyyetde yaxşı yer tutması şansı çox aşağıdır. Ali tehsil almaq üçün müxleq gimnaziyanı bitirmek lazımdır. Ona göre de, uşaqların kiçik yaşlarında bele testlerle seçilmesi ve onlara inkişaf etmek şansının verilmemesi bir çox psixoloqların tenqid ve araşdırma mövzusuna çevrilmişdir.


Tarix: 05.03.2013 / 17:41 Müəllif: [Ram] Baxılıb: 1220 Bölmə: Ümumi Psixologiya