Üzərinə şəkər səpilmiş quşüzümünü səhər-səhər acqarına yedikdə iştaha açılır. Iştaha yaratmaq baxımından istər göy, istərsə də baş sarımsaq yaxşıdır. Qırmızı turp iştahanı açsa da bir qədər ağır həzm olunur, onu təklikdə, yaxud başqa göyərti və tərəvəzlə işlətmək məsləhətdir. Soğan, tərxun, vəzəri, cə”fəri, gərəviz, yerkökü, cuğundur, portağal, naringi, qarpız, ərik, limon, moruq, böyürtkən – hər birisi ayrılıqda iştahanı açandır.
Iştaha üçün xörəkdən qabaq üzüm və ya limon şirəsi işlətmək, çiy və ya suda bişmiş turşməzə alma, turşməzə şahtut yemək lazımdır. Böyürtkən şirəsi şahtutun şirəsini əvəz edə bilir. Yetişmiş şaftalı iştahanı açır, susuzluqu yatırır. Zeytun iştahanı açmaqla yanaşı, mə”dəni təmizləyir və həzmi asanlaşdırır. Küncüd və dənli bitkilər isə iştahanı azaldır.
Tarix: 28.08.2012 / 00:32 Müəllif: Behlul Baxılıb: 1140 Bölmə: Xalq Tebabeti