Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xına xərçəngin qarşısını alır

Türkiyədə xınanın daha bir faydası üzə çıxarılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Qaziantəp Universitetində əsrlərdir istifadə edilən xınanın xərçəngə qarşı təsiri araşdırılıb. Siçanlar üzərində aparılan araşdırma nəticəsində, xınanın şişin inkişafını ləngitdiyi, xəstəliyə qarşı mübarizədə önəmli olan maddələri artırdığı bəlli olub.

60 gəmiriciyə fərqli dozalarda 10 gün müddətində ağız yolu ilə xına verilib. 10 günün sonunda siçanlar üzərində müxtəlif xərçəng parametrləri araşdırılıb. Nəticədə "Ehrich Ascite Corcinama" şişinin böyüməsinin dayandığı bəlli olub.

Türk professor Mehmet Özaslan açıqlamasında əsrin xəstəliyi olan xərçəngə qarşı yeni bitki əsaslı mənbələrin ümidverici olduğunu ortaya çıxarıb: "Xına üzərində daha böyük araşdırmalar xərçəngə qarşı alternativ dərmanların hazırlanmasına kömək edə bilər".
Professor bu istiqamətdə tədqiqatın davam etdiriləcəyini deyib.

Qeyd edək ki, bundan öncəki araşdırmalarda xınanın göbələk xəstəliyinə qarşı təsiri tapılmışdı.


Tarix: 26.08.2012 / 00:32 Müəllif: Behlul Baxılıb: 864 Bölmə: Xalq Tebabeti
loading...