Dalaq sancması zamanı balqabaq yarpağının və məcnun söyüdün yarpağının suyunu iskəncəbi ilə içmək, acı badam yemək münasibdir.
Balqabağın 2–4q quru qabığını 10q sirkə ilə içmək, qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı faydalıdır. Yulğun çöpünü sirkədə qaynadıb, dalaq nahiyəsinə təpitmə qoydiqda yaxşı tə”sir göstərir. Turp toxumunu yumşaq döyüb sirkəyə qataraq təpitmə qoymaq, sədəfotunu yemək və təpitmə kimi işlətmək də müsbət nəticə verir. Vəzərini üzüm sirkəsində qaynadıb gün altında qurutduqdan sonra buğda ununa qatıb çörək bişirir və qurudub döyür, hər gün ondan bir qədər götürüb təpitmə qoyurlar.
Meyvə çubuğunun külündən gül yağı və sirkə ilə təpitmə qoymaq, qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı xeyirlidir. Quzuqulağının kökünü, turp qabığını yaxud acı paxlanı və yarpızı sirkədə qaynadıb, döyərək dalaq nahiyəsinə təpitmə qoymaq, xardılı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinin çəkilməsinə kömək edir. Dəmir yanığından təpitmə qoymaq da çox xeyirlidir.
Dalaq şişi sidiklə əlaqədar olarsa və sidiyini rəngi dəyişərsə, məcnun söyüdün yarpağını kölgədə qurudub döyür, bundan 5q qədər səhərlər şəkərlə içirlər.
Şerhler (0)
Tarix: 28.08.2012 / 00:22 Müəllif: Behlul Baxılıb: 851 Bölmə: Xalq Tebabeti