Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi fəaliyyət

Cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi, qədimdə və orta əsrlərdə təbabət elmini diqqət mərkəzində dayanmışdır. Bu məsələdə əsas yer qadalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mə”nəvi cəhətdən tez düşməsinə səbab olur. Keçmiş təbiblərin fikrincə razyana və rəhvəni çox işlətmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı və püstə cinsi fəaliyyəti gücləndirir. hindqozunun içərisində olan süd kimi maye və yabanı kökdən hazırlanmış mürəbbə ğıcıqlandırıcı xassəyə malikdir. Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı tə”sir göstərir.
Toyuğun içalatı, xaya, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyələr, cinsi fəaliyyətə müsbət tə”sir göstərən təbii vasitələrdir. Ancaq bunları həddən çox işlətmək olmaz.
Bal sağlamlığı möhkəmləndirməklə yanaşı, cinsi fəaliyyəti gücləndirir, onu tənzimləyir. Kabab və kükü, sərcə və bildirçin əti, kərə yağı və qaymaq, bir sıra mürəbbələr (albalı, cırhavuc, yerkökü, qabaq və qoz mürəbbələri), şəkər və kişmiş cinsi həvəsi gücləndirir. Bu zaman zirəni istiot və bal ilə və ya ağ xaşxaşı bal ilə işlətmək də faydalıdır.
Bir sıra qida maddələri, orqanizmi qüvvətləndirmək və cinsi fəaliyyəti artıqmaqla yanaşı, həm də sperma yaratmaqda mühüm əhəmiyyətə malikdir. Belə vasitələrdən beçə əti, beyin, badam, lobya, göy lobya və düyü həm uzun ömürlük, həm də çoxuşaqlılıq rəmzi kimi tanınmışdır. Noxud (düyü və ya darı ilə), südlü sayıq, çiyid içi və s. də buraya daxil edilir.
Keçmişdə, cinsi həvəs oyatmaq üçün budların iç nahiyəsini şir piyi, qaplan qanı ilə sürtər, beli isə gicitkən toxumu, çöltərxunu kökündən alınan yağla yağlayarmışlar.
Yarıbişmiş yumurta və püstə ilə zəncəfil, yonca və gicitkən toxumu sperma yaratmaqla cinsi meyli artırır. Bədənin həssas yerlərini mixək şirəsi və ya təbii soda qatılmış bal ilə yağlamaq cinsi həvəs oyadır. 2q xardal toxumunu şərabla içmək, budun iç nahiyəsini onunla sürtmək cinsi həvəs oyadır. Bu baxımdan 2 q-dək mixəyi döyüb, südlə qataraq içmək də yaxşı tə”sir göstərir.


Tarix: 28.08.2012 / 00:23 Müəllif: Behlul Baxılıb: 3347 Bölmə: Xalq Tebabeti
loading...