Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babasil

Yarpızı raynadıb suyu ilə yuyunmaq, badımcanı döyüb, az miqdarda acı badam içi ilə qabıb, bənövşə yağı ilə babasilə sürtmək, mərsin yarpağını zeytun zə ya gül yağı ilə babasil üzərinə qoymaq, şam qatranını əridib özü qədər zeytun yağı ilə qatışdıraraq, bir neçə dəfə təpitmə qoymaq babasili təmizləyir və ağrıları sakitləşdirir. Babasili yatıran, ağrılarını sakitləşdirən faydalı vasitələrdən biri də saxsı qabda şam qatranı, qırmızı kükürd, yemişən, kərəviz kökü, üzərik kökü, ilan dərisi, xardal, batbat yandırmaq, bunlar tam yanandan sonra qabın üstündə oturaraq babasili onun tüstüsünə verməkdir.
Pərpərən suyu içmək babasilin qanının kəsilməsinə kömək edir. Böyürtkən yarpağından təpitmə qoymaq qanlı babasil üçün yaxşı tə”sir göstərir. Turunc qabığının yağı və hindqozu yağı da baxımdan yaxşıdır.
Ardınc toxumlarını döyüb əzir və bal ilə qatıb babasil üzərinə çəkirlər. Qırmızı zırnıxı gül yağı ilə sürtmək də olduqca faydalıdır. Rəvənd suyu içmək, yanmış xaşxaşı döyüb bal ilə qataraq babasil üzərinə qoymaq, müsbət nəticə verir. Sulu babasili yabanı badımcan tüstüsünə vermək onu qurudur.
Ərik və şaftalı tumunun, dəvə hürgücünün yağını xına və acıpaxla yağı ilə qatıb, ilıq halda sürtmək babasil ağrılarını sakitləşdirir. Ərik və şaftalı tumunun, nər hürgücünün yağı və maya budunun iliyi də bu baxımdan çox faydalıdır.
Novruzgülünü döyüb köhnə qoyun yağı ilə qatır, yuna batıraraq 2 gecə onun üzərinə qoymaq müsbət tə”sir göstərir.
Şam qatranını əridərik o qədər də zeytun yağına qatıb, bir neçə dəfə təpitmə qoymaq ağrıları azaldır. Tərkibində zəy və mis olan mineral da faydalıdır. Soğan suyunu mahmızçiçəyi ilə qatıb sürtmək, təzə sədəfotu yarpağı və ya çobanyastığı yağı işlətmək babasil qanını açmağa kömək edir. Onu təklikdə işlətmək də olar. Balı qaynadıb təpitmə qoymaq damarların ağzını açır və zərərli qanın axmasına şərait yaradır.
Əzvayı gül yağı ilə qurğuşun həvəngdəstədə döyüb qoymaq və ya əzvayı şirin çaxırla qatıb içmək, yaxud sürtmək babasili təmizləyir, qanaxmanı kəsir. Baldırıqara bitkisinin təpitməsi babasil şişini yatırır. Meynəni yandırıb döyür və yarımisti halda parçaya büküb, babasil üzərinə qoyurlar. Gülxətmi, xəşəmbül və yumurta sarısını gül yağına qatıb babasil üzərinə yaxmaq faydalıdır. Qoz ağacı kökünün qabığını zeytun yağında tam qaynadıb, babasil ağrılarını kəsmək üçün sürtürlər.
Babasil şişini və döyüntüsünü sakitləşdirmək üçün yarıbişmiş yumurta sarısını zə”fəran və gül yağı ilə qatıb, üzərinə yaxmaq tə”sirli dərmandır. Ağ mumu inək yağı və ya ördək piyində əridib, yumurta ağı ilə qataraq babasilə sürtdükdə o, acıldığından ağrılar sakitləşir.


Tarix: 28.08.2012 / 00:25 Müəllif: Behlul Baxılıb: 3339 Bölmə: Xalq Tebabeti
loading...