İnsanın qidalanması ilə sağlamlığı arasında böyük əlaqə var. Gün ərzində qəbul edilən bəzi qidalar, meyvələr sizi ən qorxulu xəstəliklərdən belə müdafiə edə bilər. Fransanın tanınmış xərçəng üzrə mütəxəssisi, professor Devid Khayat xərçəng kimi xəstəlikdən uzaq durmaq üçün müəyyən tövsiyələr verib.
- Bişirilmək üçün nəzərdə tutulan ətlər bol su ilə təmiz yuyulmalı, sirkəli və ya limonlu suda suyun rəngi dəyişənə kimi saxlanılmalıdır. Bişiriləndən sonra belə onun üzərindən basmaqla içərisində qala biləcək qan çıxarılmalıdır.
- Ət maksimum 120 dərəcədə bişirilməlidir. Qızarılan zaman ətdə kanserogen maddə yaranır. Qidaların alovla birbaşa əlaqəsinin qarşısı alınmalıdır.
- E vitaminindən çox istifadə kişilərdə prostat xərçəngi riskini 40 faiz artırır.
Bundan əlavə, professor xərçənglə mübarizədə ən yaxşı olan qidaların da adını açıqlayıb. Onlar bunlardır:
Nar – antioksidan səviyyəsi yüksək meyvədən gündə 1 ədəd istifadə edilə bilər. Bundan əlavə nar ürək xəstəliklərində də faydalıdır.
Yaşıl çay – ən azı 3 ay müddətində müntəzəm içilən çay ağızda xərçəngin yaranması riskini 50 faizə qədər azaldır.
Zəfəran – antioksidanla bol olan zəfəran sağlam hüceyrələrə ziyan vurmadan xəstə hüceyrələri sağaltmaq qabiliyyətinə malikdir.
Soğan və sarımsaq – immuniteti gücləndirir. Həftədə 6 diş sarımsağın qəbulu mədə xərçəngi riskini 50 faiz azaldır. Gündə 80 qram soğan isə uşaqlıq xərçəngini 20 faizə qədər aşağı salır.
Tarix: 26.08.2012 / 00:49 Müəllif: Behlul Baxılıb: 1633 Bölmə: Xalq Tebabeti