Göz ağrısı temperaturla olarsa gülabdan, yumurta ağından, soyuqdan olarsa müşkdən, gözdən su axarsa sürmə və tutiyadan, quru olarsa ana südü, heyva dənəsinin şirəsi və badam içindən istifadə edirlər. Sarı zanbağın yağını gözə kompres kimi qoymaq göz şişinə kömək edir. Şibyəni çöl tərəfdən göz qapağına sürtmək göz iltihabına qarşı yaxşı dərmadır, onu gözün özünə çəkmək göz qızartısını aradan qaldırır. Tutiya gözü yaşartsa da çox faydalıdır. Təsədüfi deyildir ki, Fizuli “Ziyanı olmaz ol göz yaşının kim, tutiyadandır” demişdir.
Yumurta ağını gülab ilə gözə çəkmək şişi müalicə edir. Ənlik-kirşanı sirkə və gül yağı ilə qarışdırıb, göz qapağının çöl hissəsini yağlamaq iltihabı aradan qaldırır. Sumağı gülabda qaynadıb gözə damcılatmaq göz iltihabının başlanğıcı üçün xeyirlidir. Saqqızağacını yandırıb hisini göz qapağına çəkmək ağrını kəsir və göz sulanmasının qarşısını alır.
Ana südü göz ağrısını sakitləşdirir. Mərciməyi su, gül yağı və ya zəncəfil yağı ilə qarışdırıb məlhəm kimi gözə qoymaq, istiliklə müşayiət olunan şişməyə qarşı yaxşı vasitədir. əzvay yemək göz iltihabına qarşı faydalıdır. Təbaşiri narın toz halında gül yağı ilə qarışdırıb gözə məlhəm şəklində qoymaq temperaturlu iltihab və göz çirki üçün münasib dərmandır. Yumurtanı qaynadıb onun sarısını çıxararaq, zə”fəran və gül yağı ilə qarışdırıb gözə məlhəm kimi qoymaq güclü göz döyünməsinin qarşısını alır.
Toyuq bərk qabıqsız yumurtlayan zaman onun pərdəsini tünd sirkədə qaynatmaq və 10 gündən sonra onu tam yumşaq halda gözə çəkmək göz sulanmasına qarşı yaxşı vasitədir. Zirənin şirəsini çıxarmaq və gözə çəkmək göz çirkinin və qan axmasının qarşısını alır. Turş narın şirəsini gözə çəkmək göz çirkini təmizləyir. Narın dənələrini döyüb əzmək və öz şirəsinə qarışdırıb gözə çəkmək göz çirkini daha yaxşı təmizləyir.
Köhnə zeytun yağını gözə sürtmək mirvari suyuna qarşı tə”sirli vasitə olmaqla bərabər, gözü işiqlandırır. Sürmə göz əzələlərini və kirpiklərin kökünü möhkəmləndirir, göz iltihabının qarşısını alır və göz işığını artırır. Sumaq şirəsini gün altında saxlayaraq qatılaşdırıb gül yağı kimi gözə çəkmək mirvari suyunu aradan qaldırır. Balı göz yarasına çəkmək yaranı sağaldır və göz sulanmasının qarşısını alır. Zə”fəranı narın halda döyüb gülaba və göz yarasına çəkmək faydalıdır. Qarağac göz işiğını artırmaq, göz sulanmasının qarşısını almaq və göz yarasını sağaltmaq üçün qüvvətli dərmandır.
Tarix: 28.08.2012 / 00:21 Müəllif: Behlul Baxılıb: 1491 Bölmə: Xalq Tebabeti