Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Morfin

Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir.
Tarixçəsi

Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur.
Alınma mənbəyi

Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur. Əsasən biosintez yolu ilə adı çəkilən bitkilərdən daha doğrusu tərkibində olan durğun sud mayasından (tiryək südündən) alınır: L-tirozin → L-DOFA → retikulin → salutaridin → tebain → kodein, bu keçidlər müvafiq fermentlərin təsiri ilə baş verir. Morfin praktiki olaraq kükürd və oksalat turşularının köməyi ilə bioloji materialdan suyun sıxışdırıb çıxarılması (isolə edilməsi) metodu əsasında əldə edilir.


Tarix: 10.07.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Tibb
loading...