Abdullayeva Elmira Ələkpər qızı — azərbaycanlı oftalmoloq, tibb üzrə fəlsəfə doktoru.
Həyatı
Elmira Abdullayeva 1948-ci ildə anadan olub. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsini bitirib. 1972-ci ildən Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun əyani aspiranturasına daxil olub. 2000-ci ildə Moskva şəhərində "Hipertoniya xəstəliyində gözün hemo-hidrodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Tor qişanın və görmə sinirinin patologiyası şöbəsində çalışır.
51 elmi əsərin müəllifidir.
Gözün arxa seqment xəstəliklərində konservativ və ND:YAG lazer müalicəsi (lazerkoaqulyasiya) ilə məşğuldur.
Tarix: 10.07.2015 / 17:07 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Tibb