Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eritrosit

Eritrositlər - qırmızı qan hüceyrələridir. Qandakı hüceyrələrin 99%-dən çoxunu eritrositlər təşkil edir. Eritrositlər hər iki tərəfdən basıq disk şəklindədir, diametri 7-8 mikrometrə qədərdir. Eritrosit pərdələrində 33% nisbətdə tapılan hemoqlobin, qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99%-i hemoqlobin ilə daşınar, geri qalan 1%-lik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir.
Eritositlərin ölçüləri

Diametr: təxminən 7,5 µm (mikrometr)
Qalınlıq: kənarlarda 2 µm mərkəzdə 1 µm
Çəkisi: təxminən 3 · 10-11 qram
Həcmi: təxminən 90 fl (femtolitr) (90 µm3)
Qandakı konsentrasiyası: kişilərdə 4,6–5.9x106/mm3 və qadınlarda 4,0–5,2x106/mm3.
Yetişmə müddəti: təxminən 7-10 gün
Yaşama müddəti: təxminən 120 gün və ya 4 ay
Gün ərzində yaranan eritrosit sayı: 2x1011 = təxminən: 2 milyon/saniyə
Ümumi səthi: 4000–4500 m2
Osmotik davamlılığı: 180 mosmol/l-ə qədər
Mempran potensialı: -10mV

Eritrositlərin yaranması və formalaşması (Eritropoez)

Eritrositlərin əməlgəlmə prosesi eritropoez adlanır. Eritropoez hadisəsi eritropoetin hormonu vasitəsilə stimulə olunur ki, sonuncu da hər hansı bir toxumada oksigen çatışmazlığı (hipoksiya) nəticəsində böyrəklərdə sintez olunur. Eritrositlər sümük iliyində yetişirlər. Belə ki, sümük iliyində yerləşən kök hüceyrələrdən 6-9 gün ərzində hemositoblastlar formalaşır ki, bunlar da hələ dəmir ionları ilə birləşməmiş pro-eritroblastlara çevrilirlər. Pro-eritroblastlar dəmir ionu ilə birləşərək eritroblastları əmələ gətirirlər. Eritroblastlar sonradan nüvəsini itirərək yetişkin eritrositlərə çevrilirlər. Bəzən qanda tam formalaşmamış (məs: nüvəsini itirməmiş və s.) eritrositlərə də rast gəlinir ki, bunlar retikulositlər adlanır. Normalda qanda retikulositlərin miqdarı bütün eritrositlərin 0.5-1%-ə qədərini təşkil edir. Gün ərzində təxminən 2x1011 eritrosit əmələ gəlir. Bununla yanaşı, hamiləliyin son ayına qədər eritrositər dölün qaraciyərində də yetişmə dövrü keçirlər. Doğuşdan sonra isə eritrositlər yalnız sümük iliyində əmələ gəlir və yaşama müddətlərinin sonunda qaraciyər, dalaq və sümük iliyində makrofaqlar tərəfindən parçalanırlar. Normal eritrositlərin yaşama müddəti 120 gündür.


Tarix: 10.07.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Tibb
loading...