Hafiz Ələmdar oğlu Hacıyev (d. 16
aprel 1956; Basarkeçər, Ermənistan SSR,
SSRİ) — siyasətçi; Müasir Müsavat
Partiyasının sədri.
Həyatı
Hacıyev Hafiz Ələmdar oğlu 1956-cı ilin
aprel ayının 16-da Ermənistan SSR,
Basarkeçər rayonunun Zod kəndində
anadan olmuşdur. 1962-63-cü dərs
ilində Zod kənd orta məktəbinə daxil
olub, 1973-cü ildə həmin məktəbi
bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının Zoomühəndis
fakültəsinə daxil olmuş, 1979-cu ildə
həmin ali məktəbi bitirmişdir. 1988-ci
ildən biologiya elmləri namizədidir.
1979-cu ildən 1982-ci ilədək
Azərbaycan LKGİ Kəlbəcər rayon
komitəsində təşkilat şöbə müdiri və
rayon komitəsinin II katibi işləmiş və I
katibi əvəz etmişdir.
1982-89-cu illərdə Azərbaycan Kənd
Təsərrüfatı Nazirliyində balıqçılıq
şöbəsinin ixtioloqu və şöbə müdiri
əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət
Aqrar-Sənaye Komitəsində balıqçılıq
idarəsinin rəisi, 1989-90-cı illərdə
Respublika Embrionköçürmə Mərkəzinin
direktoru, Respublika Süni Mayalanma
Mərkəzinin direktoru vəzifələrində,
1991-92-ci illərdə “Azərbalıq” İstehsalat
Kommersiya Assosiasiyasının sədr
müavini və sədri vəzifələrində, 1992-93-
cü illərdə “Azərbalıq” Dövlət Konserninin
sədri vəzifəsində çalışmışdır.
1993-cü ildə qiyamçı Surət Hüseynovun
göstərişinə əsasən Cinayət Məcəlləsinin
167-ci maddəsinin 1-ci və 2-ci hissələri
ilə məhkum olunmuş, 1996-cı ildə isə
Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3
il müddətinə həbs edilmişdir. 1999-cu
ildə həbsdən azad olunduqdan sonra
Elçibəy Xalq Hərəkatının yaradılmasının
təşkilatçısı və Hərəkatın rəhbəri
olmuşdur.
↑Bir bölüm geriyə dön
Seçkilərdə iştirakı
2001-ci ildə Müasir Müsavat Partiyasının
I (təsis) Qurultayında və 2003-cü ildə
həmin partiyanın II Qurultayında
partiyanın sədri seçilmişdir. 2001-ci ilin
noyabrında "Müasir Müsavat" qəzetini
təsis etmiş, hazırda həmin qəzetin
təsisçisi və baş redaktorudur. 2003-cü il
15 oktyabrında keçirilən Azərbaycan
Respublikası Prezidenti seçkilərində
namizədliyi irəli sürmüşdü. Bu
seçkilərdə Hafiz Hacıyev 8 namizəd
arasında 0.3% (9.990 səs) toplamaqla
sonuncu yeri tutdu. 2008-ci il
Azərbaycan Respublikası prezidenti
seçkilərind ə yenidən iştirak edib və 7
namizəd arasında yenidən sonuncu yeri
tutub. Bu seçkilərdə Hafiz Hacıyev
səslərin 0.64% -ni (23.771 səs) toplayıb.
Hal-hazırda Hafiz Hacıyev Müasir
Müsavat Partiyasının lideridir.
↑Bir bölüm geriyə dön
Şəxsi həyatı
Ailəlidir, 3 övladı var.
↑Bir bölüm geriyə dön
Tarix: 17.01.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 788 Bölmə: Siyasətçilər