Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Britaniya kraliçası-II Yelizaveta

Kraliça II Yelizavetanın Edinburq hersoqu, şahzadə Filiplə brilliant toyu münasibətilə Bukingem sarayı tərəfindən onların nikahı barədə bəzi faktlar açıqlamışdır. İndiki kraliça - özünün brilliant toyunu tarixdə ilk dəfə qeyd edən Britaniya monarxıdır. Şahzadə Yelizaveta və Filip 1934-cü ildə Filipin qohumu, yunan şahzadəsi Marina və şahzadə Yelizavetanın qohumu Kent hersoqunun toyunda tanış olmuşlar.
Şahzadə Yelizaveta və leytenant Filip Mauntbattenin nişanlanması haqqında 1947-ci il iyulun 9-da elan edilmişdir. Yunanıstan və Danimarka şahzadəsi Filip Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasında xidmətə 1939-cu ildə daxil olmuş və İkinci Dünya Müharibəsindən sonra 1947-ci ilin fevralında Britaniya vətəndaşlığı almışdır. Donanmada gələcək işini davam etdirmək üçün şahzadə Filip özünə soyad seçməli idi və öz anasının şahzadə Alisa Battenberqin britaniyalı qohumlarının soyadı olan Mauntbatten üzərində dayanmışdır. Şahzadə Yelizaveta ilə evləndikdən sonra kral IV Georq ona Edinburq hersoqu titulunu vermişdir.
Platin - qızıl nişan üzüyünü Filipin anasına məxsus olan brilliantlardan istifadə edərək Philip Antrobus zərgərlik evi hazırlamışdır.
Toy ərəfəsində axşam Filip iki mərasimdə iştirak etmişdir: Birinci mərasim Dorçesterdə olmuş və oraya jurnalistlər dəvət olunmuşdur; ikincisi isə Belfry klubunda təşkil olunmuş və oraya yalnız yaxın dostları gələ bilmişlər.
Şahzadə Yelizaveta və Edinburq hersoqunun nikah mərasimi 1947-ci il noyabrın 20-də Qrinviç vaxtı ildə 2000 dəvət olunmuş qonağın iştirakı ilə Vestministr abbatlığında başlamışdır.
Kraliça toyu Vestministr abbatlığında keçirilən monarx soyadının 10-cu üzvü oldu. Birinci isə 1100-cü ilin noyabrın 11-də burada şotland şahzadə xanımı Matilda ilə evlənmiş kral birinci Henrix olmuşdur. 1923-cü il aprelin 26-da elə bu abbatlıqda indiki kraliçanın valideynləri - kral VI Georq və kraliça Yelizavetanın nikahı bağlanmışdır.
Gəlinin səkkiz rəfiqəsi olmuşdur: şahzadə Marqaret, Kent şahzadəsi Aleksandra, ledi Karolina Montevyu-Duqlas-Skott, ledi Meri Kembric, ledi Elizavet Lambard, möhtərəm Pamella Mauntbatten, möhtərəm Marqaret Elfinston, möhtərəm Diana Bous-Lion.
Toyda iki paj (orta əsrlərdə zadəgan nəslindən saraylarda xidmət edən oğlan) olmuşdur: şahzadə Uilyam Qloster və şahzadə Maykl Kent. Onların hər ikisinin 5 yaşı olmuşdur.
Mərasimin qonaqları arasında Danimarka kralı və kraliçası, Yuqoslaviya kralı və kraliçası, Norveç və Rumıniya kralları və İran şahı iştirak etmişlər.
Yelizavetanın toyluq paltarı ser Norman Partnel tərəfindən hazırlanmışdır.
Gəlinin gül buketi Vorshipful Company bağbanlarına sifariş verilmiş və florist Em tərəfindən hazırlanmışdır.
Naməlum əsgərin qəbri xüsusi xalça ilə örtülmədən Vestministr abbatlığının yeganə daş plitəsi olmuşdur. Mərasimin növbəti günü şahzadə Yelizaveta başlanğıcını öz anası kraliçanın qoyduğu ənənəni yerinə yetirərək öz gəlinlik buketini abbatlığa göndərmişdir ki, gül burada sözügedən qəbrin üstünə qoyulmuşdur.
Gəlinin rəfiqələrinin saçları Jac LTD of London firması tərəfindən hazırlanan gümüşü saplarl işlənmiş ağ atlas və parçadan olan kiçik əklilciklərlə bəzədilmişdir.
Moyes Stivens evi tərəfindən gəlinin rəfiqələrinin gül dəstələri müxtəlif güllərdən hazırlanmışdır.
Toy mərasiminə gələn vaxt Vestministr abbatlığındakı müqəddəs Marqarita kilsəsinin zəngləri çalınmışdır. Gəlin və onun atası kral VI Georq abbatlığa İrland bayram karetində gəlmişdir.
Toy mərasimində 91 müğənni olmuşdur.
Təzim etmək üçün iki kraliça skamyası gül rəngli ipəklə örtülmüşdür. Müharibədən sonrakı dövrdə bu materialların çatışmamazlığı səbəbindən onlar üzərində 1946-cı il yazısı olan portağal üçün qutulardan hazırlanmışdır. Gəlinin toyluq üzüyü Uels qızıl külçəsindən hazırlanmışdır.
Müqəddəs Eduard mühafizəxanası bütün möhtərəm qonaqları özündə yerləşdirə bilmədiyi üçün oraya yalnız bəy və gəlin, kral və kraliça, kraliça Meri və yunan şahzadəsi Alisa Battenberq, bəyin anası, həmçinin Arxiepiskop və Vestministrin başçısı daxil olmuşdur. Qalanları mərasimə sonra Bukingem sarayında qoşulmuşlar.
Vestminster abbatlığında keçirilən nikahlar tarixində ilk dəfə burada bayramın başlanmasını xəbər verən şeypur (fanfar) səslənmişdir. Bəy və gəlin öz imzalarını qeydiyyat kitabında qoyan vaxt orqanda ağ bayraq - fanfar üçün siqnal görünmüşdür.
Minlərlə adam mərasimin keçirildiyi yollara düzülmüş, xidmət bitdikdən sonra isə Vestministr abbatlığına buraxılmışlar. Milyonlarla adam baş verənlər barədə radioefirdə verilən reportajı dinləmişlər. Toyun kinoyazısına bütün ölkə üzrə kinoteatrlarda minlərlə britaniyalı baxmışdır. Bukingem sarayı on minə yaxın təbrik teleqramı almışdır.


Tarix: 08.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 533 Bölmə: Siyasətçilər
loading...