Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlham Əliyev

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).

Həyatı

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.

Rus, ingilis, fransız və türk dillərini sərbəst bilir.

Ailəlidir. Üç övladı, üç nəvəsi vardır.

Mükafatları
"Heydər Əliyev" ordeni;
Kral Əbdüləziz Ordeni;
Şərəf Ordeni;
"Mübarək əl-Kəbir" ordeni;
"Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.[1]
Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni[2]
Belarus Respublikasının Dostluq ordeni[3].
Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;
"İlin adamı" - 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən təqdim edilib.[4].
Yunanıstan parlamentinin Qızıl medalı;
Şeyxülislam Ordeni;
Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni;
"Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni;
Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı;
[[Şəkil:|25px]] MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni";
[[Şəkil:|25px]] "Birlik" ordeni[5];
"İsmoili Somoni" ordeni.
"Xalqlar dostluğu" ordeni

Fəxri doktoru olduğu universitetlər
Bakı Dövlət Universitetinin Fəxri doktoru;
Linkoln Universitetinin Fəxri Doktoru;
Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;
Bilkənt Universitetinin Fəxri Doktoru;
Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;
Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;
Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;
Kyung Hee Universitetinin Fəxri Doktoru;
İordaniya Universitetinin Fəxri Doktoru;
Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;
Belarus Dövlət Universitetinin Fəxri professoru


Tarix: 13.01.2013 / 12:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 622 Bölmə: Siyasətçilər
loading...