Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

SiyasətçilərHafiz Haciyev

Hafiz Ələmdar oğlu Hacıyev (d. 16
aprel 1956; Basarkeçər, Ermənistan SSR,
SSRİ) — siyasətçi; Müasir Müsavat
Partiyasının sədri.
Həyatı
Hacıyev Hafiz Ələmdar oğlu 1956-cı ilin
aprel ayının 16-da Ermənistan SSR,
Basarkeçər rayonunun Zod kəndində
anadan olmuşdur. 1962-63-cü dərs
ilində Zod kənd orta məktəbinə daxil
olub, 1973-cü ildə həmin məktəbi
bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının Zoomühəndis
fakültəsinə daxil olmuş, 1979-cu ildə
həmin ali məktəbi bitirmişdir. 1988-ci
ildən biologiya elmləri namizədidir.
1979-cu ildən 1982-ci ilədək
Azərbaycan LKGİ Kəlbəcər rayon
komitəsində təşkilat şöbə müdiri və
rayon komitəsinin II katibi işləmiş və I
katibi əvəz etmişdir.
1982-89-cu illərdə Azərbaycan Kənd
Təsərrüfatı Nazirliyində balıqçılıq
şöbəsinin ixtioloqu və şöbə müdiri
əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət
Aqrar-Sənaye Komitəsində balıqçılıq
idarəsinin rəisi, 1989-90-cı illərdə
Respublika Embrionköçürmə Mərkəzinin
direktoru, Respublika Süni Mayalanma
Mərkəzinin direktoru vəzifələrində,
1991-92-ci illərdə “Azərbalıq” İstehsalat
Kommersiya Ardı »

SiyasətçilərMəmməd Əmin Rəsulzadə

[color=#fd5b36]Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: محممدامین رسول‌زادهMəmməd Əmin Rəsulzadə
Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə

Azərbaycan Milli Şurasının sədri

27 may 1918 — 7 dekabr 1918

Partiya:Müsavat Partiyası
Milliyəti:azərbaycanlı
Təvəllüdü:31 yanvar 1884-cü il
Novxanı, Bakı,
Rusiya İmperiyası
Vəfatı:6 mart 1955-ci il (71 yaşında)
Ankara, Türkiyə
Atası:Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Uşaqları:Azər bəy

İmzası:


Məmməd Əmin Rəsulzadə (d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına Ardı »

SiyasətçilərAtatürk

XX yüzillikdə biz dünyaya Üzeyir bəy və Məmmədəmini, osmanlılar isə Ənvər paşa və Atatürkü bəxş etmişdir.

Ənvər paşa erməniləri türklərin vətənindən qovdu, mərd-mərdanə müharibəyə girdi, azərbaycanlıları kütləvi qırğından xilas edib onlara müstəqillik yolu açdı və nəhayət əlində qılınc rus pulemyotu üzərinə yeridi.

İngilis tarixçisi Seton Lloyd Dəclə və Fərat hövzəsi ölkələrinin tarixinə həsr olunmuş əsərində Atatürkü makedoniyalı İsgəndərlə bərabər tutub, onların hər cəhətdən oxşar olduğunu bildirir.Axı Atatürk də makedoniyalı idi.Makedoniya isə o zaman türk əyaləti idi. Ardı »

Siyasətçilərİlham Əliyev

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).

Həyatı

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində Ardı »

SiyasətçilərƏbülfəz Elçibəy

Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident.

Həyatı

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ardı »

SiyasətçilərFətəli xan Xoyski

Xoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) — Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).

Həyatı

Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.

1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə[3] Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə Ardı »

SiyasətçilərCəfərqulu xan Naxçıvanski

Cəfərqulu Xan Naxçıvanski (5 fevral, 1859 — 1929) – görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.

Fəaliyyəti

Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.

Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Ardı »

SiyasətçilərHeydər Əliyev

[color=#b53dd2]Əliyev Heydər Əlirza oğlu (d. 10 may 1923-cü il, Naxçıvan, Azərbaycan SSR, SSRİ - ö. 12 dekabr 2003-cü il, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci Ardı »