Mirzə Davud Hüseynov (mart 1894 – 21 mart 1938) — Azərbaycan İnqilabi komitəsi sədrinin müavini, Azərbaycanin xarici işlər naziri (05.1921 – 12.1921), Azərbaycan SSR Xalq Maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə Komissarı, Tacikistan KP MK-nin birinci katibi (1930-1933).
Həyatı
Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur.
1906-cı ildə ödənişsiz şəhər məktəbini bitirmiş və Bakı realnı məktəbinə daxil olmuşdur. 1913-cü ildə oranı bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. M. D. Hüseynov 1918-ci ilin noyabrından Rusiya Kommunist(bolşeviklər0 Partiyasına üzv olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsini yaratmışdır. 1918-1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olmuşdur.
Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) cari vəziyyət barəsnidə məruzə etmiş, MK Rəyasət Heyətinin sədri seçilmişdir.
Azərbaycanda Rusiyanın müdaxiləsi ilə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışmışdır.
1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar isə Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olmuşdur. Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİK(b)P ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilmişdir.
Mirzə Davud Hüseynov 21 mart 1938-ci ildə Bakıda vəfat etmişdir
Ailəsi
Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova — Xoyskaya ilə ailə həyatı qurmuşdur.
Əsərləri
"Müsavat firqəsi keçmişdə və indi". Bakı – 1920.
"Azərbaycan KP-nın inkişafının əsas cəhətləri". Bakı – 1958.
Tarix: 13.01.2013 / 12:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 548 Bölmə: Siyasətçilər