Seyidov Həsən Neymət oğlu - mühəndis.
Həyatı
Həsən Seyidov 16 avqust 1932-ci ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir.
Həmin ildə Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyidov əla oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.
Həsən Seyidov əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin L. Şmidt (indiki Səttərxan) adına zavodunda usta köməkçisi vəzifəsində başlamış, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışmış, 1965-ci ildə zavod direktoru vəzifəsinə təyin olunmuşdur.
Zavod Sovet İttifaqının və Respublikanın bir neçə dəfə keçici bayraqları ilə mükafatlandırılmışdır. Həmin dövrdə zavod fəhlələrinin sosial rifahı yaxşılaşmış, yüzlərlə fəhlə və mühəndis yeni mənzillə təmin edilmişdir.
Bu müddət ərzində Həsən Seyidov Nərimanov rayon, Bakı şəhər Partiya və Sovet orqanlarının üzvü seçilmişdir. 1969-cu ildə Həsən Seyidova Azərbaycan SSR-in "Əməkdar mühəndisi" fəxri adı verilmişdir.
1971-ci ilin fevral ayında Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1971-1981-ci illərdə MK-nın katibi, 1971-1989-cu illərdə MK-nın büro üzvü, 1971-1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü və 1971-1990-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
1981-1989-cu illərdə Həsən Seyidov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır. Bu müddətdə o Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə seçilmiş, Sov. İKP MK-nın üzvlüyünə namizəd, həmçinin X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Həsən Seyidov Azərbaycan KP MK-nın katibi və Nazirlər Sovetinin sədri vəzifələrində işlədiyi zaman Respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşmış, o, bütün bacarığı ilə xalqa xidmət etmiş və xalqın sosial rifahının yaxşılaşması yolunda var qüvvəsini sərf etmişdir. Bununla da o, Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanmışdır.
70-80-ci illərdə respublika iqtisadiyyatının, xüsusilə sənayenin inkişafında Həsən Seyidovun xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə sənayedə mühüm struktur dəyişiklikləri baş vermiş elmi-texniki inqilabla bağlı yeni, müasir və daha mürəkkəb istehsal sahələrinin yaradılması prosesi genişlənmiş, neftayırma zavodlarının texniki cəhətdən modernləşdirilməsi və yenidən qurulmasına diqqəti artırmış, maşınqayırma və neft maşınqayırması, qara və əlvan metallurgiya sənaye sahələri xeyli inkişaf etmiş, Azərbaycanda ildə orta hesabla 15 milyard kv/saat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyasından ibarət böyük bir energetika kompleksi yaradılmışdır. Ümumiyyətlə, 1970-1980-ci illərdə respublikada sənayenin ümumi məhsulu 2,2 dəfə, o cümlədən istehsal vasitələri istehsalı 2,1 dəfə, istehlak malları istehsalı isə 2,2 dəfə artmış, sənayenin inkişaf dinamikası yüksələn xətt üzrə getmişdir.
Dövlətimiz Həsən Seyidovun xidmətini layiqincə qiymətləndirmişdir. Onu Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif etmişdir. Bundan başqa, o bir neçə dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri diplomu ilə mükafatlandırılmışdır.
1989-cu ilin aprel ayında fəxri təqaüdə çıxdıqdan sonra, Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin müvəkkili təyin edilmişdir.
1991-ci ilin noyabr ayında "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ildən isə "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışdır.
Seyidov borçalıların Azərbaycan televiziyasına baxa bilmələri üçün ötrücü stansiya tikdirmiş, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirmiş, onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa edilmişdir.
Həsən Seyidov 2004-cü ildə Bakıda vəfat etmişdir.
g • m • r
Azərbaycanın baş nazirləri
Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920)Fətəli xan Xoyski (28 may, 1918 — 14 aprel, 1919) • Nəsib bəy Yusifbəyli (28 may, 1919 — 30 mart, 1920) • Məmmədhəsən Hacınski (icra edən) (30 mart, 1920 — 28 aprel, 1920)
Azərbaycan Sovet Sosialist
Respublikası
(1920-1991)Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədrləri (1920-1946)
Nəriman Nərimanov (28 aprel, 1920 — 6 may, 1922) • Qəzənfər Musabəyov (6 may, 1922 — 14 mart, 1930) • Dadaş Bünyadzadə (14 mart, 1930 — 23 oktyabr, 1932) •
Mircəfər Bağırov (23 oktyabr, 1932 — 12 dekabr, 1933) • Hüseyn Rəhmanov (12 dekabr, 1933 — 22 avqust, 1937) • Teymur Quliyev (13 noyabr, 1937 — 28 mart, 1946)
Azərbaycan SSR Nazirlər Sovetinin Sədrləri (1946-1991)
Teymur Quliyev (28 mart, 1946 — 6 aprel, 1953) • Mircəfər Bağırov (6 aprel, 1953 — 20 iyul, 1953) • Teymur Quliyev (20 iyul, 1953 — 1 mart, 1954) •
Sadıq Rəhimov (1 mart, 1954 — 8 iyul, 1958) • Vəli Axundov (8 iyul, 1958 — 10 iyul, 1959) • Məmməd İsgəndərov (10 iyul, 1959 — 29 dekabr, 1961) •
Ənvər Əlixanov (29 dekabr, 1961 — 10 aprel, 1970) • Əli İbrahimov (10 aprel, 1970 — 22 yanvar, 1981) • Həsən Seyidov (22 yanvar, 1981 — 27 yanvar, 1989) •
Ayaz Mütəllibov (27 yanvar, 1989 — 26 yanvar, 1990) • Həsən Həsənov (26 yanvar, 1990 — 7 fevral, 1991)
Azərbaycan Respublikasının Baş Nazirləri (1991-ci ildən hal-hazıradək)
Azərbaycan Respublikası
(1991-dən sonra)Həsən Həsənov (7 fevral, 1991 — 4 aprel, 1992) • ə.e. Firuz Mustafayev (4 aprel, 1992 — 14 may, 1992) • Rəhim Hüseynov (14 may, 1992 — 30 yanvar, 1993) •
Əli Məsimov (5 fevral, 1993 — 28 aprel, 1993) • Pənah Hüseynov (28 aprel, 1993 — 30 iyun, 1993) • Surət Hüseynov (30 iyun, 1993 — 7 oktyabr, 1994) •
Fuad Quliyev (icra edən) (7 oktyabr, 1994 — 2 may, 1995) • Fuad Quliyev (2 may, 1995 — 20 iyul, 1996) • Artur Rasizadə (icra edən) (20 iyul, 1996 — 26 noyabr, 1996) •
Artur Rasizadə (26 noyabr, 1996 — 4 avqust, 2003) • İlham Əliyev (4 avqust, 2003 — 4 noyabr 2003) • Artur Rasizadə (4 noyabr, 2003 — indiyə kimi)
Tarix: 13.01.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1166 Bölmə: Siyasətçilər