Bir gün sevgi sənin ürəyinə qonaq gələcək.Qapını bərkdən döyəcək.Amma sən o qədər ondan uzaqlaşmısan ki qapını açsan da tanımayacaqsan.Yad olduğu üçün içəri buraxmaq istəməyəcəksən.
-Yaxşı sən də.Mən tez gedəcəm.Səni bezdirmək fikrim yoxdur-sevgi deyəcək-gedək mətbəxdə oturaq.
Oturacaqsınız bir müddət,dinmədən.Sonra nəsə təklif edəcəksən.Nə qədər də olsa qonağındır.
-Lazım deyil-imtina edəcək.
Baxacaqsan ona.Həyat qədər əbədi.Qədim.Artıq yorulub.Sən onunla ehtiyatla davranacaqsan,çəkinəcəksən.
-Düz edirsən.Məndən qorxsan yaxşıdır.
İstəyəcəksən o getsin.Getsin yağışın,qarın altına.Küləyin,tufanın içinə.Sənin evində onunçün yer yoxdur.Hətta gecələməyi belə təklif edə bilmirsən.
-Sənin ürəyin xəstədir-sevgi hiss etdiyini deyəcək.
-Ola bilməz.Həkimdən təzə keçmişəm.Hər şey qaydasındadır.
-Amma ürəyini yükləməkdən qorxursan...
Susursan.Sənə onunla rahat deyil.Darıxırsan.O da bunu başa düşür.Bəs niyə məhz sənin yanına gəlib.
-Niyə mənim yanıma gəlmisən?
-Gizlənmək istəyirdim-gülümsəyir-burda təhlükəsizdir.Heç kimin ağlına da gəlməz ki,sənin ürəyində sevgi gizlənib!
Allahdan güc istədim!Mənə çoxlu çətinliklər verdi-güclü olum deyə.
Allahdan ağıl istədim!Mənə çoxlu problemlər verdi-həllini tapım deyə.
Allahdan var-dövlət istədim!Mənə beyin və göz verdi-işləyə bilim deyə.
Allahdan uçmaq üçün qanad istədim!Mənə maneələr verdi-adlaya bilim deyə.
Allahdan sevgi istədim!Mənə insanlar verdi-problemlərinə kömək edə bilim deyə.
Allahdan xoşbəxtlik istədim!Mənə imkanlar verdi-səadətimi özüm qazanım deyə.
Allahdan səni istədim!Mənə layiq olduğumdan daha çoxunu verdi,bircə səni vermədi.....
Allahdan səni istədim!Mənə layiq olduğumdan daha çoxunu verdi,bircə səni vermədi....
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi varmı?