Peyğəmbərlər buyurur:" Cənnət anaların ayaqları
altındadır". Allah dərgahında Cənnətdən üstün bir
şey olsaydı, heç şübhəsiz ki, onu da anaların
ayaqları altına atardı".
Salam, anacan. Yenə mən gəldim. Keçən həftə
müəllimə sağ əlimə sarımsaq, sol əlimə soğan
verərək sağ və sol tərəfləri öyrətdi mənə. İndi sağ və
solumu tanıyıram. Artıq ağrıyan yerimin hara
olduğunu da gözəl bilirəm, anacan. Keçən dəfə
yanına gəldik də "buram ağrıyır" demişdim sənə.
Yadındadır? İndi onun hansı yerim olduğunu
bilirəm. Bax buram, sol tərəfim çox ağrıyır. Dünən
səhər Zəhranın anası saçlarını hörüb məktəbə
gətirdi. Saçlarına qəşəng bant da vurmuşdu. Mən
ağladım, amma utandım. Müəllimə:" Nə oldu, niyə
ağlayırsan?", - deyə soruşdu. "Heç, yıxıldım, dizlərim
ağrıyır", - dedim. Amma dizim yox, sol tərəfim
ağrıyırdı. O gün mənimdə saçlarımın hörülməsini
istədim. Atam hördü., amma Zəhranınkı kimi səliqəli
alınmadı. Hörüklərimə bant da vurulmasını istədim.
Atam:" Mən bilmərəm bant vurmağı, qızım", -
söylədi. "Heç olmasa, məktəbə sən apar", - dedim. O
isə:"Qızım, işə getməliyəm", - deyib bir az
sakitləşdirdi məni. Gözyaşlarımı sildim, amma
məktəbə gedərkən yenə ağladım. Hamının corabları
ağappaqdır. Mənimkilər isə bomboz. Zeynəb deyir:
"Anam ağ paltarları ayrıca yuyur", - deyir. Mənim
atam isə hamısını bir yerdə yuyur. Uf! Hər gün
çantama pendir-çörək qoyur. Ona demirəm, amma
yoldaşlarım məktəbə dadlı biskivitlər, şirniyyatlar
gətirir. Bilirəm atamın biskivit bişirə bilmədiyini.
Hava qaralır, anacan, mən gedim. Atam qaçıb sənin
yanına gəldiyini bilmir. Bilsə, acıqlanmaz, amma
narahat olar. Anacan, torpağından bir ovuc da
götürürəm. Hər dəfə gələndə götürdüyüm torpağı
bax, bu qaba tökürəm. Sənin şəklini də onun üstünə
yapışdırıb çarpayımın baş tərəfinə qoyuram. Hər
səhər onu öpüb iyləyirəm. Anacan, kimsəyə söyləmə,
amma bəzən onunla söhbət edirəm. Neyləyim, sənin
üçün çox darıxıram. Müəllimə sabah üçün ana
bəradə inşa yazmağı tapşırdı. Mən atama
yazdıracağam. Bilirəm, müəllimə bilsə, acaıqlanacaq,
amma neyləyim, səni görmədən haqqında necə yaza
bilərəm, anacan? Sənin barədəndə bir şey xatırlaya
bilməyib hey ağlayıram. Bütün bunları kağıza necə
yazım? Gedirəm, anacan, qoy torpağınıda öpüm
gedim. Sən də yuxuma gəl, öp məni. Sən yuxuma
gəlməyən də sol tərəfimdə ağrı ilə oyanıram
yuxudan. Sol tərəfim ağrayır, anacan, bax, buram.
Sınin üçün çox darıxıram....
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Sevgi varmı?