İki Mələk, gecəni keçirmək üçün olduqca varlı bir ailənin evinin qapısını döymüşlər. Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer olaraq böyük malikanənin qonaq otaqlarından birini vermək yerinə, soyuq zirzəmidəki kiçik bir küncü göstərmiş. Mələklər buz kimi otağın soyuq və sərt döşəməsində özlərinə yatacaq bir yer hazırlamağa çalışarkən, Yaşlı Mələk divarda bir dəlik görmüş və qalxıb dəliyi təmir etmiş. Gənc Mələk, Yaşlı Mələyə bu hərəkətinin səbəbini soruşduqda, Yaşlı Mələk gülümsəmiş və demiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil... Səhər malikanədən ayrılan mələklər, gecə olunca yenə qalacaq yer tapmaq ümidiylə, bu dəfə çox kasıb bir cütçü ailəsinin qapısını döymüşlər. Son dərəcə qonaqpərvər olan kasıb ər-arvad, süfrələrində nə var, nə yoxsa mələklərlə paylaşdıqdan sonra, onlara rahatca yatmaları üçün öz yataqlarını verərək yanlarından ayrılmışlar. Səhər günəş doğulduğunda, mələklər yazıq ər-arvadı gözyaşları içində tapmışlar. Yeganə dolanışıq qaynaqları olan tək inək də tarlalarının ortasında cansız yatmaqdaymış. Gənc Mələk bu səfər yaxşıca hirslənərək Yaşlı Mələyə üsyan etmiş: Bunun olmasına necə icazə verə bildin?! O varlıqlı kobud adamın hər şeyi vardı, amma sən ona yenə də kömək etdin. Bu yaxşı ürəkli kasıb ailənin isə o tək inəkdən başqa heç bir şeyləri yox idi, buna baxmayaraq onu belə paylaşmağa könüllü oldular. Amma sən o inəyi də itirmələrinə icazə verdin!? Yaşlı Mələk, Gənc Mələyə dönərək bu cavabı vermiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil. O zəngin malikanənin zirzəmisində qaldığımız gecə, divardakı dəliyin dibində külçə-külçə qızıl gizli olduğunun fərqinə vardım. Malikanənin sahibi bu qədər acgöz olduğu üçün və özünə verilmiş şans sayəsində əldə etdiyi zənginliyin bir parçasını belə paylaşmağa yanaşmadığı üçün, mən də o dəliyi elə bağlayıb möhürlədim ki, artıq axtarıb tapsa da aça bilməz. Və davam etmiş: Sonra, dünən gecə biz cütçü ailəsinin yatağında yatarkən, Ölüm Mələyinin o cütçünün arvadını öldürməyə gəldiyini gördüm. Mən də onun yerinə Ölüm Mələyinə inəyi verdim. Yaşlı Mələk, gülümsəyərək bir də əlavə etmiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil. Bəzən, işlər istədiyimiz kimi nəticələnmədiyində, əslində bizim də başımıza gələn bax budur. Əgər inanırsınızsa, etməniz gərəkən şey yalnız, hər nəticənin hər vaxt sizin lehinizə olduğuna güvənməkdir. Bunun belə olduğunu, ancaq müəyyən bir zaman sonra öyrənəcək olsanız belə. Dünən, tarix oldu. Sabah, bir sirrdir. Bu gün isə bir hədiyyə. Məncə bu çox əsasdı... Hər anı zövqlə yaşayın və dadını çıxarın, çünki
"Hər Şey Heç Vaxt Göründüyü Kimi deyildir"..
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?