Sevgilər vardır: yeni doğulmuş bir uşaq kimi. O qədər təmiz və o qədər günahsız, hələ adı belə qoyulmamış.
Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.
O qədər zərif, o qədər həssas və qara dirənəcək qədər də cəsur.
Sevgilər vardır: yalnız yaşanılan bir o qədər də yaşadılan.
Izah edilmək istənildiyində həmişə nöqsan qalan.
Sevgilər vardır: heç nöqtə qoyulmayan və də nöqtə qoyulmasını istəmədiyimiz
Bu dünyadan sonra da yaşanmağı gözləyən.
Sevgilər vardır: həmişə bənzərsiz olan, əl üstündə tutulan, öz sevgisindən belə qısqanılan.
Sevgilər vardır: heç söylənməyən bir sirr kimi, həll edilməyi gözləyən bir düyüm kimi ürəklərdə saxlanılan.
Sevgidir əslində ürəklərdə ümid tumurcuqlarını yetiştirən.Sabaha daha möhkəm bağlanma hissi verən.
Sevilən uğrunda dəfələrlə yox olmaqdır Sevgi, dəfələrlə sevilən xoşbəxt olsun deyə.
Sevgi sinə gərməkdir bütün çətinliklərə.
Atılan hər yalan ox qarşısında yıxılmadığını göstərən bir dirənişdir.
Hər fürsətdə var olan sevgini sübut etmək səyidir.
Sevgi yalan danışmaqdır çox zaman: sevilənin söylədiyi yalanlar qarşısında yalanlarıyla heç vaxt yıxılmadığını, heç inicmədiyini söyləməkdir.
Edilən bütün insafsızlıqlara baxmayaraq sevgisinin heç azalmadığını söyləmək, ürəyindəki bütün inciklikləri gizlətməkdir sevgi ..
Səhvlərin fərq edilib kabus kimi gecələrinə sığındığı anlarda acı çəkməkdir əslində Sevgi.
Bir heyfslenməkdır sevgi. Gecikmiş bir peşmanlıqdır.
Bəzən də gecikmiş bir etiraftır bunların yanında ..
Məkanların gözlərdə böyüdüyü anlarda, saatların tiktaklarının son ritimlərində: ürəklərdə hiss edilən acı bir həsrətdir Sevgi, peşmanlıqların ardı-arası kəsilməyən..
Sevgi: qazanılması çox zaman tələb edən, sarsıldığında təkrar qazanılmayan bir güvəndir
Sevgi sevdiyini söyləməkdir hər şeyə rəğmən.
Yaradanın bağışlaması üçün Yaradılan üçün bağışlanmadır sevgi.
İnsanın öz ürəyiylə müqaviləsidir sevgi. Bütün mənfiliklərə qarşı çəkilən bir güvən səddidir.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?