Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faciyeli Bir Ayriliq

Telefonda Oğlan: Canım biz
danışmalıyıq. Qız: Rico nə olub ki?
Oğlan: Bir dəyişiklik olacaq... Qız:
Nə? Nə isə olub ki? Pis xəbərdi?
Oğlan: Səni incitmək istəmirəm
canım... Qız fikirləşir: Ay Allah, nə
olar elə et ki, məndən
ayrılmasın...Mən onu çox sevirəm
axı. Oğlan: Canım ordasan? Qız:
Hə...hə burdayam. Demək
istədiyin nədi? Oğlan: Bilmirəm
deyim yoxsa yox. Qız: Söhbəti sən
açmısan, sən də sona kimi danış!
Xahiş edirəm nə olub axı? Oğlan:
Mən gedirəm... Qız: Sən nə
danışırsan? Mən sənin getməyini
istəmirəm, səni sevirəm!!! Oğlan:
Yox o mənada yox...Başqa uzaq
yerə gedirəm. Qız: Axı niyə?
Valideynlərin də, qohumların da
burda qalır. Oğlan: Bilirəm. Ancaq
atam məni uzaqda internata
göndərir. Qız: Buna inana
bilmirəm mən. Oğlan: Canım
mənimlə qaçarsan? Qız: Canım
bilirsən ki, sənin üçün hər şey
edərəm, ancaq mən qaça
bilmərəm. Atam məni öldürər!
Oğlan Kədərli: Eybi Yoxdu
canım...Mən başa düşürəm. Qulaq
as mən sənə bir şey verməliyəm,
çünki artıq sabah tezdən
aeroportda olmalıyam. Qız: Hə
yaxşı. Evdən gizlin çıxıb, səninlə
parkda görüşərik. Oğlan: Oldu. 20
dəq. ordayam. Bunlar parkda
görüşürlər, qucaqlaşırlar və oğlan
qıza bir məktub verir Oğlan: Ala
bu sənin üçündü. Mən
getməliyəm. Qız: Artıq göz
yaşlarını gizlədə bilmir və ağlayır.
Oğlan: Canım xahiş edirəm
ağlama, sən bilirsən axı səni çox
sevirəm ancaq mən artıq
getməliyəm. Qız: Yaxşı. İkisi də
evə qayıdırlar və qız oğlanın
verdiyi məktubu oxumağa
başlayır. Məktubda: Bu məktubla
sənə sübut etmək istəyirəm ki
mən səni HEÇ VAXT SEVMƏMİŞƏM,
əksinə sənə o qədər nifrət
edirəm ki. Heç vaxt mənə əziz
olmamısan, heç vaxt səninlə
birlikdə olmaq istəməmişəm və
heç vaxt səninlə danışmaq da
istəməmişəm. Səni bir daha
görmək istəmirəm. Sənin sevgin
üçündə heç darıxan deyiləm.
Sənə nifrət edirəm. Sağ ol!!!
Məktubu oxuyandan sonra qız
ağlamağa başlayır və məktubu
yerə atıb evə qayıdır. Bir gün
keçir və qız yenə də özünü tək və
gücsüz hiss edir. Bir az keçmiş
telefon zəng çalır və qız
cavabverir. Qız: Alo? Qızın yaxın
dostu: Özünü necə hiss edirsən?
Qız: Hələdə inana bilmirəm ki, o
məni heç vaxt sevməyib. Dostu:
Hə yaxşı yadıma düşdü Rico
mənə zəng etmişdi və deyirdi ki,
sənin cibinə başqa bir məktub
qoyubdu. Onu oxusun dedi. Qız
cibinə baxır və doğurdanda bir
məktub olduğunu görür.
Məktubda: Həyatım, yəqin ki,
bayaq ki, məktubda yazdığım
sözləri ciddi qəbul etmədin.
Fikirləşdim ki, birdən məktub
atanın əlinə keçər ona görə özüm
qəsdən elə yazdım. Sən unutma
ki MƏN SƏNİ HƏMİŞƏ SEVƏCƏM!!!
Qız: Ay Allah, Rico məni
doğurdanda sevir. Yəqin bu
məktubu onunla görüşəndə
cibimə qoyub. Dostu: Hə əlbəttə
ki, gözəl. Mən indi getməliyəm.
Özünə yaxşı bax. Hələlik Qız: Oldu.
Səndə. Hələlik Qız dəstəyi üstünə
qoyub televizoru yandırır və
xəbərlərdə dəhşətli bir hadisə
baş verdiyini görür. Xəbərlər: Bir
saat bundan əvvəl bir təyyarə
qəzası baş verib. 47 nəfərdən çox
adam həlak olub və hələdə sağ
qalanları axtarırlar. Bu faciəni biz
heç vaxt unutmayacağıq. Qəzaya
düşən bu təyyarədə internata
yola düşən tələbələr var idi. Allah
rəhmət eləsin o cavanlara. Qız
televizoru söndürür və bu
dəhşətli xəbərdən sonra fikirləşir
ki, sevgilisiz həyatın mənası
olmayacaq və 3 gün sonra özünü
öldürür. Bir gün sonra qıza zəng
gəlir, lakin heç kim dəstəyi
götürmür. Zəng edən qızın
sevgilisi, Rico idi. Rico mesajda
yazır: Salam canım, yəqin evdə
deyilsən. Sadəcə sənə demək
istəyirəm ki, mən sağam və
uçuşumu təxirə saldırdım ki, səni
bir dəfə də görüm. Sənə yaxşı
xəbərim var mən artıq bir daha
heç bir yerə sənsiz gedən
deyiləm. Sağ ol həyatım. Evə
gələndə mənə zəng edərsən. Səni
çox ama lap çox sevən Rico!!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 146 Bölmə: Sevgi varmı?
loading...