Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadece Sen Bilersen

Mence her bir insan oxumalidi nece her bir insan heyatinda birdefede olsun seven insan ve unutmaqi bacarmayan buyurun ele bilki ureyivizi daniwir... Akman

Tam olaraq unutdum deyərsən, amma unutmadığını sadəcə sən bilərsən.. Dostlarınla “nifrət edirəm” deyərsən, əslində dostlarının yanındaykən elə dediyini sadəcə sən bilərsən... Onu unutduğunu zənn edib başqası ilə görüşərsən, lakin etdiyin tək şey başqasında onu axtarmaq olar, bunu sadəcə sən bilərsən ... Bir gün başqasıyla görərsən onu, bu dəfə içindəki kin, nifrət böyüyər... Amma gecə qaranlığı çöküb, ay üzünü tam olaraq göstərdiyində içindəki sevgi duyğusu o, nifrət və kini sıfıra endirər, bunu sadəcə sən bilərsən...

Bir restoranda, bir kafedə, harda olursa bir yerdə qulağına süzülüb gələn həzin musiqi yenə onu xatırladar... Bax o an ağlayıb “ONU HƏLƏ SEVİRƏM” deyə qışqırmaq istəyərsən... Amma bunu qəlbinə gömüb edəmədiyini sadəcə sən bilərsən..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi varmı?
loading...