Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**SeN_aGLa**

Heç sözlərimi aldatmayacağam.
Romantik sözlərim, yağış
damlasından incə düşüncələrim
tükəndi artıq. İçimdən gəldiyi
kimi yazacağam. Ən dəqiq
sözlərlə, ən bəzəksiz hərflərimlə
ən ağır duyğularımı izah
edəcəyəm. Sözlərimin, gözlərinin
dərinliyində itdiyi yerdəyəm.
Duyğularımın boğazıma
düyünlənildiyi nöqtədəyəm.
Çıxardıb ürəyimi qoyacağam
masaya. Götür deyəcəyəm
götür və get. Əllərimlə
sökəcəyəm ürəyimi ,
bədənimdən, qanlar damlarkən
masaya, götür deyəcəyəm. Əgər
gedirsənsə bir yerə, bu ürəyi də
götür elə get. Onsuz da
götürdün, bütün ürəyimi,
beynimi, hüceyrələrimi özünə
aşiq etdin, indi gedəcəksənsə bu
ürəyi, bu ət parçasını da götür
elə get. Sənsiz yaşa bilsəm,
ürəksiz də yaşaya bilərəm... Tək
bir söz söyləmə artıq, getmək
keçirsə ağlından, masadan
qanları damlayan bu ürəyi də
götür elə get. İzah edə
bilmədimsə sözlərimlə sənə bu
eşqi, bu ürəyi götür yanına, o
izah etsin sənə.. Susdura
biləcəksənsə içindəki səsi,
qırılmayacaqsa qolun qanadın,
qopmayacaqsa çobanyastığıdan
yarpaqların, götür bu ürəyi də
elə get. Sənin üçün tökdüyüm
ulduz tozlarının, sənə aşiq
ruhumun yazdığım bütün
yazıların, qaynağı bu ürəyim idi,
onu da yanında apar və elə get.
Götür bu ürəyi, get gedə
biləcəyin qədər uzağa, yazarkən
mən ağladım, oxuyarkən də sən
ağla…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi varmı?
loading...