Bir zamanlar bir qız bir oğlanı sevir.
İllər keçir qız bu oğlanla ailə qurur. Bir gün bədbəxt hadisə nəticəsində qız dünyasını dəyişir.
Qız o biri dünyaya gəlib düşür, burada o böyük bir gölə rast gəlir.
Gölün yanından keçəndə orda nurani bir qocanı görür ona yaxınlaşır.
Bu gölün adının nə olduğunu qocadan soruşur, qoca isə cavabında bilmədiyini deyir. Qız düşür yola başlayır gəzməyə.
İllər keçir qızın həmin gölün yanından yolu bir daha düşür. Gölün suyunun azaldığını görür.
Bu vaxtı həmin nurani qocanı yenə orda görür. Qocadan bir daha bu göl haqda soruşur, qoca cavabında bilmədiyini deyir.
Qız yenə həmənki öz yoluna davam edir.
Bir neçə ildən sonra yenə gəlir, bu dəfə gölün suyunun 1 ovuc suyu qədər olduğunu görür.
Yaxınlaşır qocaya, onu məcbur edir ki, bu göl haqqında ona danışsın. Qoca başlayır əhvalatı qıza danışmağa.
Deyir: " Bir zamanlar sən dünyadan köçəndə sənin üçün yas saxlayıb, göz yaşı axıdanlar çox idi.
Onda bu gölündə suyu çoxuydu.
İllər keçdi səni yad edib yasınıı saxlayan, göz yaşı axıdanların azaldı.
Bax o zaman bu gölündə suyu azalmışdı. Bir neçə il keçəndən sonra hətta sənin sevdiyin də səni unutdu, qohumların da, dostların da.
Bu gördüyün bir ovuc su isə sənin Ananın göz yaşlarıdı.
Bir tək o səni unutmadı, həmişə sənin yasını saxladı, göz yaşı axıtdı. "
P.S. Bu bəyəniləsi hekayə olsa da,analarımızın dəyərinin yalnız bir hissəsini çatdırır.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi varmı?