Birinə bağlanmaq sevgi qədər çətin deyil.Məhz buna görədə yer üzündəki bütün insanlar bu hissi yaşayır.Bağlanmaq əslində sevgiyə gedən yoldur.Bəzən insanlar bu iki hissi qarışdırırlar ancaq sevgi tamamilə bam başqa bir hissdir.İnsan sevərsə sərhədsiz sevər ancaq bağlılıq müəyyən müddətlikdə ola bilər.
Bir insanı bir başqa insana qüvvətlə bağlayan nədir? Bizə birinə niyə bağlandığımızı soruşduqlarında, 'çünki gözəl' deyirdik, 'yaraşıqlı, ağıllı, güclü, qabiliyyətli'; bir insanın sevilməsi üçün etibarlı olduğunu qəbul etdiyimiz səbəbləri söyləyirdik.
Amma bəlkədə güçsüzlüklərə, zəifliklərə, əyriliklərə bağlanırdıq.
Biz 'bağlanmağı' həmişə zirvələrə doğru bir uçuş olaraq izah etməyə çalışarkən bəlkə də bağlılıq, ölümün, dəliliyin, şübhənin, eqoizmin, rəmizi idi?
Ağıllı səbəblər taparıq hisslərimizə, amma əsl səbəb ağılın sızmadığı yerlərdə gizlidir. O gizli yerlərdə ki zəifliklər niyə çəkər bizi?
Öz zəifliyimizdənmi? Yoxsa bağlanan, öz bağlandığından daha möhkəmmi görər, öz çəkdiklərinə bağlandığı insanın dözə bilməyəcəyinəmi inanar; bağlanmaq bir gücsüzlük kimi görünərkən görəsən bağlanan öz gücünü hiss edər bu bağlılıqda?
Yaxşı bizi həyata bağlayan nədir? Niyə hər çətinlikdən sonra belə ölümdən dəlicəsinə qorxuruq? Niyə bəzi şeyləri tərk edə bilmirik? Biz bilmədən bağlanırıq. Nə hiss etsək hiss edək ya da neyə kədərlənsək kədərlənək, içimizdə var olmağı arzulayan bir şey var. Daim bir şeylərə bağlıyıq və bunları həmişə görməməzlikdən gəlirik. Halbuki həyat bizə qiymətli olan hər şeyi təmin edir.
Əgər sevməyi düşünürsünüzsə, irəlidə bağlanmağı da düşünəcəksiniz. Amma unutmayın ki bağlanmaq bir insanın edəcəyi ən çətin şeydir. Çünki, bir parçanız bağlandığınıza aiddir. Həmişə onu düşünər və həmişə onun üçün darıxarsınız. Etdiyiniz və etmək istədiyiniz hər şeyə onun gözündən baxarsınız. Hər sözünüzdə və hər nəfəsinizdə onun hərfləri və onun həyəcanı vardır. Artıq siz hər şeyinizi fəda edə biləcəyiniz bir şeylə qarşılaşmısınız. Əgər bunu doğru şeyə etsəniz, o zaman həyatın mənası sizin üçün bunu edə bilməyənlərdən çox daha çox artacaq.
Sonda gəlin unutmayaq ki,birindən ayrılmaq çətindirsə ,bağlanmaqda bir o qədər çətindir!
Bağlanmaq sizin üçün nə məna kəsb edir?
İstər virtualda olsun istərsədə realda bağlanmaq deyəndə ilk ağlınıza gələn biri varmı?
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi varmı?