9-cu sinifdə oxuyurdum. İngilis dili dərsində yanımda
bir qız otururdu. Ona SƏN MƏNim ən yaxşı
dostumsan deyirdim. Amma MƏN onun ipək kimi
saçlarına baxıb onun MƏNim olmağını istəyirdim.
Amma o MƏNə MƏNim ona baxdığım gözlə baxmırdı
bunu bilirdim. Dərsdən sonra keçən dərsdə olmadığı
üçün MƏNdən qeydləri istədi. Ona qeydləri verəndə
təşəkkür etdi və yanağımdan öpdü. Onu sadəcə dost
kimi istəmədiyimi bilməsini istəyirdim. Onu çox
sevirdim amma deyə bilmirdim. Səbəbini bilmirdim
amma çox utanırdım. 10 cu sinifdə oxuyanda
telefonum çaldı. Zəng eləyən o idi. O
ağlayırdı,sevginin necə ürəyini sındırdığını deyirdi.
MƏNi evinə çağırdı. Tək qalmaq istəmədiyini deyirdi.
MƏN təbii ki,getdim. Divanda onun yanında
oturdum. Gözəl gözlərinə baxıb onun MƏNim
olmağını istəyirdim. 2 saatdan sonra Drew
Barrymore`nin bir filmi başladı. Filmə baxdıqdan
sonra yatmağa qərar verdi. Hər şey üçün MƏNə
təşəkkür etdi və yanağımdan öpdü. Məzuniyyət
balından bir gün əvvəl yanıma gəldi və sevgilisinin
xəstə olduğunu dedi. MƏNim də birlikdə getməyə
sevgilim yox idi. 7-ci sinifdə bir-birimizə söz
vermişdik ki, əgər bala getməyə sevgilimiz olmasa
birlikdə gedəcəyik. Və ən yaxşı 2 dost olaraq bala bir
yerdə getdik. O gün çox gözəldi. Hər şey yolunda idi.
Gecədən sonra onu evlərinə qədər ötürdüm. Qapının
qabağında ona baxdım, MƏNə daha gözəl göründü. O
da gözəl gözləriylə MƏNə gülümsəyərək baxdı. Onun
MƏNim olmağını istəyirdim. O MƏNə MƏNnim ona
baxdığım gözlə baxmırdı bunu bilirdim. MƏNə
həyatımın ən gözəl gününü keçirdim deyib
yanağımdan öpdü. Günlər keçdi və məzuniyyət günü
gəlib çatdı. Bütün günü ona baxırdım. Diplomunu
almaq üçün səhnəyə çıxanda sanki havada süzən bir
mələk idi. Evə getməmişdən qabaq yanıma gəldi və
ağlayaraq MƏNi qucaqladı. Sonra başını çiynimə
qoyub, SƏN MƏNim ən yaxşı dostumsan deyib
yanağımdan öpdü. Aradan illər keçdi. İndi o qızın
nigahını izləyirəm. Bəli o artıq evlənirdi. Onun başqa
bir adamla evli olaraq yeni həyata girməyini öz
gözlərimlə izləyirdim. Yeni həyata girmədən öncə
yanıma gəldi, toyuma gəldin deyib təşəkkür etdi və
MƏNi yanağımdan öpdü. İllər çox tez gəlib keçdi.
İndi MƏNim bir zamanlar ən yaxşı dostum olan qızın
tabutuna baxıram. Əşyaları yığışdırılanda məktəb
illərində yazdığı gündəliyi tapıldı. Gündəlikdə
oxuduğum sətirlər belə idi:
"ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM
OLMASINI ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA
BAXDIĞIM GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU
SADƏCƏ DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ
İSTƏYİRDİM.ONU ÇOX SEVİRDİM AMMA DEYƏ
BİLMİRDİM.SƏBƏBİNİ BİLMİRDİM AMMA ÇOX
UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ OLSUN
SEVDİYİNİ DEYƏRDİ..."
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi varmı?