Bəzən sənin üçün o qədər çox darıxıram ki, hiss edirsən sanıram..
Sən bilməzsən, çox sevirəm səni mən. Belə ki, sənin ayağın daşa dəysə, mənim ürəyim ağrıyır buralarda. Amma dedime, sən bilməzsən.
Bir müddət sonra etdiyim ən gözəl şeydən, səni sevməkdən vaz keçməyimi istədin…
Yanında olmağı keçdim, birazca ağlında olsaydım, kaş...
Bir insan sənin üçün ağlayır, sənə böyük mesajlar yazır, səni sevdiyini hər an deyir və sən onu yarı yolda qoyub gedirsənsə, bağışla amma sən axmağın birisən..
Mən özümü haqqlı çıxarmağa deyil, haqqımın olduğunu bildirməyə gəlmişəm..!
Çox şey var söyləyəcək amma sən çox, çox uzaqdasan... Qəlbimin səsini eşitməyəcək qədər uzaqda..
Gedərkən, `Sən, məndən daha yaxşılarına layiqsən` demişdin.. Mən səndən daha yaxşısını diləmirəm ki, mən səni diləyirəm ay öküz =)
Sırf bədbəxt olmaq üçün, səni sevdiyimi düşünürəm bəzən…
Mən səni sevdiyimi bağırsam, nə dəyişəcək ki? Sən bu sevgiyə kar olduqdan sonra
Mənə kimsə sənin kimi baxdımı bilmirəm amma, mən heç kimə sənə baxdığım kimi baxmadım..
Artıq nə sıradakı mahnı sən ol, nədə mənə gəl, Məncə sən biraz dürüst ol və əvvəl özüvə gəl.
Mən, səninlə ömrümü paylaşmağı düşünərkən, sən, səninlə bir tikəni paylaşmayacaq insanlara həyatını verdin..
Ya mən sevməyi bacarmadım, ya da sən sevgidən anlamadın deyə, getdin..
Mənim səninlə bir alıb verə bilmədiyim yoxdur. Yalnız verib bir daha geri ala bilmədiyim ürəyim var.
Məni nə tam anlaya bildin, nə də tamamlaya bildin..
Həyatdakı ən gözəl hədiyyələrə layiq olduğumu deyirdin, Məni tək qoyub getməklə ən gözəl hədiyyəni verdin mənə.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?