Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENI HEMISE SEVECEM..

Bir-birilərini həddən artıq çox sevən iki gənc maraqlı və
unudulmaz səyahətə çıxmağı
düşünürdülər..Evliliklərindən iki ay keçirdi.Bəxtiyar hələ
də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı
üçün belə qərara gəlmişdi.BuBir həftə sonra hazırlaşıb,
yola düşdülər.Gəldikləri günün sabahı, cütlük meşəliyə
üz tuturlar.Meşə çox sakit idi.Yalnız yüngül mehdən
yarpaqların pıçıltısı eşidilirdi.Bir-birini qucaqlayıb, bu
sakitlikdən zövq alırdılar.Bir xeyli beləcə gəzdilər.Dağa
yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini
həyat yoldaşının atdı.Sonra çiyinlərini bərk-bərk
qucaqlayıb qulağına pıçıldadı:- “Bilirsən də? Sən məndən
qurtula bilməyəcəksən.Canım bədənimdən çıxsa da,
ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız
mənim.” Səbinə:-“Sən də onu bil ki, dənizlər nə qədər
sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən
sonsuz ola bilməz.”
Şirin sevgi sözləri ilə bir-birini sehirləyən gənclər əl-ələ
gəzməyə davam edirdilər.Qız ərinin qollarından ayrılıb
arxaya gedə-gedə əllərini, həyat yoldaşına uzatdı.Birdən
qızın ayağı boşluğa düşdü.İrəli addım atmaq istəsə də,
elə bil kimsə onu arxaya çəkirdi.Qızın ayağı yerdən
üzülüb, uçuruma düşdü.Bəxtiyar irəli atılıb, arvadının
əlindən yapışdı.Cəld hərəkət etdiyi üçün əli zədə
almışdı.Həyatından çox sevdiyi arvadını tək əllə yuxarı
çəkə bilmirdi.Qızın gözünün yaşı muncuq kimi bir-
birinə calanırdı:-“Bəxtiyar, nə olar, bir çarə tap.Nə mən
bundan artıq tab gətirə bilmərəm, nə də sən çox yaralı
qala bilməzsən.Amma nə çarə ki, heç kimin əlindən heç
nə gəlməz.Uzun müddət qız asılı havada qalmışdı.Oğlan
da artıq yorulurdu.Amma:-“Qorxma, canımın içi.Sənin
dənizdən sonsuz olan sevgin mənə güc verir.Bax, heç
yorulmuram da.” –deyərək sevgili arvadına təskinlik
verirdi.
Səbinə sevgili ərinin yaralı halına dözə
bilmirdi.Qolundan axan qan, sanki, onun ürəyinə
damlayırdı.Həm də bu acınacaqlı vəziyyətin sonu
olmadığını düşünüb, ərinin əlini buraxdı və uçurumdan
düşüb, gözdən itdi.Bəxtiyar dəli kimi:-“Səbinə! Səbinə!
Sə-bi-nəəə! Sən demə, uçurumun aşağısında bir çıxıntı
varmış.Qız bu çıxıntıya düşübmüş.Amma məsafə çox
olduğundan qızın vəziyyəti acınacaqlı idi.
Bəxtiyar:-“Professor,arvadım necədi? Sağalacaqmı?”
Professor-: “Bəxtiyar bəy, möhkəm olun.Belə vəziyyətdə,
siz ona dəstək olmalısınız.
Bəxtiyar-: “Həkim, əsas mətləbə keçin, arvadıma nə
olub?
Professor-: “Arvadınız...Bilirsiniz, çox hündürdən
düşdüyü üçün beldən aşağı hissəsi… Çox təəssüf
edirəm.Bəxtiyar bəy, həyat yoldaşınızın əlil arabasına
məhkum olması, onu itirməyinizdən daha yaxşı deyilmi?
Dolmuş gözlərlə həkimə baxaraq-: “Nə danışırsınız,
professor? Əlbəttə.Onu itirmək...Onsuz bu dünyada
yaşamaq… Düşünmək belə istəmirəm.
Dəniz kənarında, bir gənc, gözəl həyat yoldaşının
yumşaq saçlarını oxşayaraq, onun qarşısına keçib,
dizlərini yerə qoydu.Sürməli və nazlı gözlərinə
baxaraq-:
Yalnızlıq gecələrin,Yağış küçələrin,Təbəssüm
dodaqların,Sən isə həmişə mənimsən, nazlı mələyim,
yalnız mənim...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Sevgi varmı?
loading...