Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CANIM..

Bu gün daha qəmgin durmuşdu yuxudan. Bu gün
deyəcəydi. Ağır olsada deyəcəydi. Ayrılmaq qərarını…
Amma çox qorxurdu. Onunla yaşadığıda gözəl günlər…
Onun gözləri… Onlarsız yaşaya bilməzdi amma artıq
onunla da yaşaya bilmirdi. Tez yataqdan qalxıb ona zəng
vurdu. Həmişəki yerə gəlməsini istədi. Ürəyi çox sıxılırdı.
Yenə də birinci gəlmişdi. Bir neçə dəqiqədən sonra Aysel
də burda idi. Aysel «onun» gözlərindən söhbətin ağır
olacağını hiss etdi. Artıq yarım saat idi ki, ikisidə sükut
içində coşqun dənizin «hayqırtı»sını dinləyirdilər. Sanki
dəniz onları başlarına gələcək faciədən xəbərdar etəyə
çalışırdı. Qız ölü sükutu pozaraq «mən üşüyürəm. Hələ
çox heykəl kimi burda duracayıq?!» dedi. Onlar bir
kafeyə gələrək oturdular. Aysel səbirsiz halda «mənə
nəsə vacib bir söz deyəcəksən?» dedi. Oğlan qızın
gözlərinin içinə baxaraq«hə. Çox vacib bir söz deyəcəm.
Yadındadı mən 3 gün bundaq qabaq sənə zəng
eləmişdim. Sənə gözəl bir şeir yazmışdım onu oxumaq
üçün. Amma sən » heç yeridi şeirin! Sənin başqa işin
yoxdu! Get dərs oxu imtahanlara az qalıb!!!" demişdin.
Yadındadı?
-Hə yadımdadı! İndi bunları niyə yada salırsan?
-Hə Aysel mən o gün sənə… Sən başa düşmürsən…
Sənin üçün hər şey oxumaq, özünə gözəl bir kariyera
qurmaq mənnən bəlkədə ailəndən daha da vacibdi!
Bəlkə düz demirəm?!
-Axı bu… Sənin axı lap əvvəldən mənim bu xasiyyətimi
bilirdin!
-Elə əvvəldən biz böyük bir səhv etmişik! Sənlə mən ağla
qara kimiyik. Sən bu neçə ildə bircə dəfə də mənə səhər
«səni sevirəm» deyə balaca bir sms belə yazmamısan!!!
Yadındadı mən bərk xəstələnmişdim. Mənim qrup
yoldaşlarım və sən bizə gəldin. Onda mənim bir dostum
mənə «kefdəsənee Aysel sənə baxar 2 günə turp kimi
olarsan» dedi. Sən onda əsəbləşdin. Mənə göz süzdürüb
«mən xəstə baxıcısı deyiləm!» dedin.
-Axı mən… Sən niyə bu söhbətləri yada salırsane!
Bilirsənki, belə məsələrdə xasiyyətim pisdi.
— Biz bir-birimizə antonimik! Biz… Ayrılmalıyıq!...
-Axı niyə? Yoxsa arada qız..
-Yox! Belə bir şey yoxdu çətinki sənnən sonra bir neçə
müddət də olsun!!!
-Axı sən bilirsən ki, mən romantik deyiləm. Ola
bilmərəm də başa düş! İndi sən mənnən şair olmağımı
istəyirsən?!
-Yox! İstəmirəm! Heç olmağını da gözləmirəm! Ona görə
də...
Yenə o ölü sükut… Aysel çantasını və kurtkasını əlinə
aldı. Və dedi gedək?
-Mən hələ burda oturmaq istəyirəm. İstəyirsənsə sən
get! Onlar axırıncı dəfə qucaqlaşdılar...Aysel son dəfə
«sənə həyatda uğurlar» deyərək getdi...
O kafedə yarım saata yaxın oturdu və fikirləşdi. Görəsən
düz elədim. Hə düz elədim. Bizimki onsuzda
alınmayacaqdı… Beləcə durub sahilə getdi. Biraz
gəzdikdən sonra evə qayıtdı.
Səhər saat 7 idi. Saatın zənginə oyandı. Tələsik
geyinməyə başladı. Telefonu götürdükdə 12 cavabsız
zəng və 1 mesaj gördü. Onnan idi. «Canim»dan…
Ayselin adı onun telefonunda hələ də canım idi.
Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim amma
səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə ən
dərində gizlətdim heç kim görüb əlimdən almasın deyə.
Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni sevirəm
sənə görə də öləcəm amma sənsiz… ƏLVİDA… CANIM...
İlk dəfə idi ki, Ayseldən belə bir mesaj alırdı. Gözləri
doldu Telefonu əlinə alaraq «canım»a zəng etdi.
Telefonu başqa biri götüdü.
-Salam xanım! Ayseli olar? Vacib lazımdı.
— Cavabda qadın ağlamağa başladı. O intihar edib. Mən
onun anasıyam oğlum. O bütün gecəni kiməsə davamlı
olaraq zəng edirdi. Səhər otağının işığının yanılı qaldığını
görəndə otağına girdim. Aysel özün asmışdı.
Dəlixana həkimləri hesabat yazırdılar. Biri digərdin
soruşdu. 3 ay bundan qabaq gətirilən xəstə necə oldu?
-O telefonu əlində bərk-bərk sıxır və heç kimin
götürməsinə icazə vermir. Bir nömrəyə davamlı olaraq
mesaj yazır. O gün onu yatızdırandan sonra dözməyib
oxudum.
-Nə yazılmlşdı?
«Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim
amma səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə
ən dərində gizlətdim heç kim görüb əlimdən almasın
deyə. Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni
sevirəm sənə görə də öləcəm amma sənsiz… ƏLVİDA…
CANIM...
-Kimə yazırdı ki?
-»canım" adında birinə dözməyib ona da zəng elədim.
Bu nömrə artıq işləmirdi...
Sevgi gözlərimi hər yumanda məcbur olduğum
həyatdan qurtuluşum idi...
AmmA indi əbədi yuxumun səbəbi olub...
P.S..sevdiklerinize deyeri vaxtinda verin.sevdiyiniz ucun deyil,sevildiyiniz ucun qiymetlendirmeyi bacarin.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 303 Bölmə: Sevgi varmı?
loading...