Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevimli Sözlərimdən Yaranan Sevgi Cümlələrim Oldun

Sevgimin sonsuzluqu xoşbəxtliyimdi çünki, sonlu olan bir şeydə xoşbəxtlik olmaz amma xoşbəxtlik də sonsuz deyil sadəcə olaraq sevgimlə bağlı olan ona aid olan hər şeydir bütün hisslərdən gözəl olan . bax budur mənim xoşbəxtliyim.
Sevgilimdən başqa HƏYAT DOSTUM oldun...

Sözlərdən cümlə qururam , səninlədə həyatımı və xəyallarımı qururam...
Mənim Ruhum oldun...

Hər yazdığım cümlələrdən xoşbəxtlik duyuram , təklikdə yazıram yanımda olduğunu zənn edirəm çünki bu sözlərdir sən olmayanda yaşadan məni...
Yaşamağa QANADIM oldun...

Gözəldir sevgi , yaşadır sevgi , sevindirir sevgi, xoşbəxt edir sevgi, NƏFƏSİM oldun...
Ağladım - ağladın, güldüm - güldün , kədərimizi sevincimizi paylaşdıq, xoş günümüzü ,pis günümüzü bölüşdük , Mənim ÖZÜM oldun...

Dost dedim dostluq gördüm, dava etdik naz gördüm , səndən dəyər gördüm sevgi gördüm, Ürəyim oldun...

Gözəl sözlər gözəl cümlələr yaradar , iki könül sevərsə özlərinə heyran yaradar , mənə bu sözləri yazdıran Pərim oldun...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?
loading...