Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Hecneyi Heyatimda Deyiwmeyecem

♥ ♥ ♥

Oğlan dedi: Mənim çox qızlardan xoşum gəlir, ona görə mən təkcə birini sevə bilmərəm.

Qız cavab olaraq, sadəcə gülümsündü.

Oğlan dedi: Mən azad olmağı xoşlayıram və heç kimə heçnə borclu deyiləm.

Qız gözlərini aşağı dikdi.

Oğlan dedi: Mən elə qadınları xoşlayıram ki, onlar məndən heçnə tələb etməsinlər və mənim azadlığıma hörmət etsinlər.

Qız sadəcə onu dinləyirdi və heç bir söz demirdi. Vaxt keçir.

Oğlan dedi: Sən mənim xoşuma gəlirsən.Gəl boş vaxtımızı bir yerdə keçirək.

Qız onun gözlərinə baxırdı. O, razılıq bildirirdi.

Oğlan soruşdu: Yəqin sənin çox sevdiyin insan olub?

Qız onu möhkəm qucaqladı.

Oğlan soruşdu: Sənə mənimlə yaxşıdır?

Qız gözlərini yumdu.

Səhər gedərkən oğlan qıza dedi: Gəl sadəcə olanları unudaq.

Qız əlini uzadıb oğlanın köynəyindəki tozu əli ilə təmizlədi və sanki onun dedikləri qız üçün əhəmiyyətsiz idi.

Oğlan dedi: Vaxtım olsa sənə zəng edərəm.

Qız başı ilə razılıq bildirib, qapını bağladı.
Həmin gün axşam oğlan zəng etdi.Amma qız evdə deyildi.

Oğlan yalnız axşam qızın mobil telefonuna zəng edə bildi.Qız icazə verdi ki, yanına gəlsin.

Oğlan soruşdu: Mənsiz yaxşı vaxt keçirirdin?

Qız gülümsündü və oğlana kofe təklif etdi.

Oğlan hər gün qıza zəng edirdi.Amma qız cavab vermirdi.O, sadəcə telefonu qaldırmırdı.

Oğlan tez-tez qızın evinə gəlirdi. Amma qız sadəcə qapını açmırdı.

Oğlan anladı ki, ona təkcə o qız lazımdır. Qız cavab verməyəndə oğlan pis olurdu.O, istəyirdi ki, həmişə onunla olsun.

Qız buna razı deyildi.
Bir gün oğlan böyük gül dəstəsi ilə qızın yanına gəldi. Qız gülləri alıb, oğlandan xahiş etdi ki, daha ona zəng etməsin.

Oğlan istəyirdi ki, qıza evlənmək təklifi etsin.

Qız dedi: Mən azad olmağı xoşlayıram.

Oğlan siqareti yandırdı. Onun əlləri əsirdi. Ona birdən çox soyuq oldu.

Qız dedi: Mən heç kimə heçnə borclu deyiləm.

Oğlana elə gəldi ki, bu dəqiqə onun ürəyi dayanacaq.

Qız son sözünü dedi: Mən heç nəyi həyatımda dəyişməyəcəyəm....


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi varmı?
loading...