Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Səni Sevirəm!

Səni sevirəm.....yox ,yox səni yox,bu sözü sənin dilindən eşitməyi sevirəm.Səni deyil,bunu deyərkən gözlərində parıldayan o işığı sevirəm.

Səni sevirəm...yox,yox səni yox,əllərinin əllərimə toxunuşunu sevirəm.Səni deyil,bunu edərkən qəlbinin döyüntüsünü eşitməyimi sevirəm.

Səni sevirəm,yox,yox,səni yox,səninlə açdığım səhərləri sevirəm.Səni deyil,səhərlərimi səndən gələn smslərlə açmağımı sevirəm.

Sevirəm...Bilirsən nəyi?Səni yox,gecələri.Səninlə danışdıqca gecənin bitməməsini arzu etməyimi sevirəm.Sevirəm.Sevirəm!!!Dünyalar qədər
amma səni yox,məni sevən o qəlbini,onun gözəlliyini sevirəm!

Səni sevirəm,yox,yox,səni deyil,yağışı sevirəm!Səninlə yağış altında rəqsimizi sevirəm...Birdə yağış yağan zaman sənin üçün darıxmağımı....


Sevirəm,bilirsənmi nəyi?Bunları mənə yazdıran o gözəgörülməz duyğunu sevirəm mən.Səni yox,əzizim!Mənə həyat verən səsini sevirəm mən.

Seni sevirəm,yox,yox,səni yox..Səninlə küsüb barışmağımızı sevirəm.Səni deyil,küslü olarkən yazdığım sevgi xəbərlərini sevirəm mən.

Seni sevirəm,yox,yox,səni yox..qismətimi sevirəm.Səni deyil,səni mənə bəxş edən Allahımı sevirəm!Səni deyil,təsadüfləri sevirəmReklam olmaz !!!i qarşılaşdıran təsadüfü sevirəm mən!!

Mən səni deyil,mən səni deyil......Mən bu yazını həsr elədiyim "Səni" sevirəm!!!!!Dodağlarımdan deyil,gözlərimdən oxu istəyirəm-Mən Səni
Sevirəm!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi varmı?
loading...