Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gül Və Qız

Gənc oğlan, işə gedərkən hər gün yolunun
üzərindəki güllərlə dolu bağçaya baxmadan
keçə bilməzdi. Hər səhər o rəngarəng güllər içini
sevinclə, sevinclə doldururdu. Günlər keçdikcə
güllərə baxan gözləri, bağçadakı evə ilişməyə
başladı . Çünki, son günlərdə o evdə, tül pərdənin
gerisində bir gənc qızın üzünü görürdü. Hər
keçişində güllərə və pəncərədə müəyyən-naməlum görünüb
itən gənc qıza baxmadan edə bilmirdi.

Bir səhər hər zamankından daha erkən yola çıxdı.
Bağçanın önünə gəldiyində ürəyinin titrədiyini,
içinin ürpərdiyini hiss etdi; hər gün tül pərdənin
arxasında gördüyü qız, bağçada gülləri sulayırdı.
Gözəl qız, gənc adamı görüncə üzü qızararaq içəri
qaçdı. Gənc qızın xəyali gözlərindən itməsin
deyə cəhd göstərər kimi gözlərini sabit bir halda bir
gülə tikərək eləcə qaldı. Gördüyü gözəlliyin
təsirində qalmış, sevdalandığını düşünürdü.
Gənc oğlan, artıq hər gün bir əvvəlkinə nisbətən
bir az daha erkən keçirdi, qızı təkrar görərəm
ümidiylə. Lakin tüllərin gerisində görünüb qaçan
bir üzünnən başqa şey görə bilmir, qəhr olurdu.
Gənc qız da hər səhər həyacanla tüllər arxasına
keçir, gənc adamın gəlməsini gözləyirdi.

Bir gün, gənc adam bağçanın qarşısından keçmədi.
Gənc qız gün boyunca boşuna gözlədi. Sabahısı gün,
daha sabahısı gün yenə boşuna gözlədi, gənc adam
gəlmədi. Gənc qızın ürəyinə hüzn dolurdu.

Başqa bir gün, yenə ümidsiz gözlərlə yola
baxarkən, bir qrup insanın çiyinlərində tabutla
keçdiklərini gördü gənc qız. Ağılından keçən
qorxunc düşüncədən bütün bədəninin titrədiyini
hiss etdi, ürəyi sıxışdı; yoxsa gənc adam ölmüş
idimi !.. Gənc qız yenə hər gün tüllərin arxasına
keçir, boş gözlərlə çölə baxırdı. Üzü də,
artıq baxmadığı, sulamadığı gülləri kimi tənəffüs edirdi.

Gənc adam bir gün yenə keçdi bağçanın qarşısından.
Bir aydır yatdığı xəstəxanadan sonunda çıxmış,
ilk iş olaraqda güllü bağçanın önünə gəlmişdi.
Amma ümid içində gəldiyi bağçanın qarşısında, gülən
üzü əsl idi; bağçadakı güllər solmuş, pəncərə quru
pərdələrlə sıx bağlanılmışdı. Gənc adam yolda
oynayan uşaqlara soruşdu; "Bu evdə kimsə
yaşamırmı?" Bir uşaq; "Qoca bir qadın
yaşayır." dedi. Gənc adam cavabını eşitməkdən
qorxarcasına, başqa bir sual soruşdu ;
" Burada yaşayan gənc qız nə oldu ?"
Uşaqlardan biri atıldı; "O öldü. "dedi, gənc oğlanın
yana düşən qollarını, yaşayaran gözlərini görmədən
başqa bir uşaq atıldı; "Vərəm olmuş, dünən öldü."…

İllər sonra idi, kiçik bir uşaq həyacanla
anasıyla atasının yanına qaçdı,
güllər arasında, yellənən kürsüdə
oturan qoca adamı göstərərək qışqırdı;
"Babam gülür, babam gülür ata !.."
Qaçaraq qocanın yanına getdilər, gülərkən heç
görmədikləri üzünə baxdılar. Əlində bir gül olan
qoca adamın yüzünə, həqiqətən bir gülümsəmə
yayılmışdı; bitən bir həsrətə sevinirmiş kimi,
illərdir görmədiyi birinə qovuşurmuş kimi xoşbəxt
bir təbəssüm idi bu. Lakin gözləri bağlı idi…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi varmı?
loading...