Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sensizem...

Bu gün yenə də sənsizəm, yenə də çarəsiz.
Sənsiz xəyalımda sənli günlərimi xatırlayıram.
Yəni gəncliyimin ən gözəl günlərini.
O, zaman mən bütün arzularımı sənin varlığınla qurmuşam.
Aradan bu qədər vaxt keçməsinə baxmayaraq sənsizliyə alışa, bununla barışa bilmirəm.
Səni azda olsa unutmağı bacarmıram.
Halbuki bunu çox istəyirəm.
Sən mənim həyatımın mənası olmusan.
Zaman keçdikcə buna daha da əmin oluram.
Sən bəzən dodağımda bir təbəssüm, bəzən ürəyimdə bir atəş,
bəzən də gözlərimdən axan yaş olmusan.
Amma sən həmişə kiçik qəlbimdə böyük yer tutmusan.
Səni bu gün də bu dəqiqədə görsəm heç çəkinmədən bunları deyərdim, qarşılıqlı olmasa belə.
Məni sevəsən deyə deyil, sadəcə biləsən deyə.
Səni qəlbimdən tamamilə silmək istəyirəm, amma ürəyim məndən daha vəfalıdır sənə.
Məhz sənin sayəndə sevməyin nə olduğunu bildim.
Sevginin şirinliyini daddım sonu ayrılıq olsada.
Sənə nifrət də edə bilmirəm axı mənə qarşı özünə
nifrət etdirəcək qədər mənfi hərəkət etməmisən.
Bəlkə də elə bunun üçün səni çox sevmişəm, mənim olmasan da.
Yox! Sən mənimsən, amma qəlbimdə.
Ancaq sən demə önəmli olan sevgi uğrunda ölmək deyil,
uğrunda ölə biləcək sevgiliyə sahib olmaqdır.
Önəmli olan həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?
loading...