Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Her Wey O Qeder Sixicidirki

Hər şey o qədər sıxıcıdır ki... Dünən sizi sevən sevgiliniz bu gün üzünüzə belə baxmır. Hər an ondan bir şey gözləyərsən artıq... Kiçik bir qayğısı ilə dünyalar sənin olar... Artıq istəyərsən ki bu inciklik bitsin , hər şey əvvəlki kimi olsun. Kaş ki, deyirəm tanımasaydım onu. Nə qədər zaman keçdi... Hələ amma hələdə yadımda, çox darıxıram onunçün...

İnanın mənə qışqırmağını belə istəyirəm. Qışqırsın... amma susmasın. ..O, susduqca ürəyim danışır. Lənətə gələsi məntiqim danışır. Daha nəyi gözləyirsən bitib artıq, görmürsənmi deyir?

Ürəyim hələ ümidlər içərisində... ya mən? Qaldım aralarında gəl-getlər başladı ağılımda. ..Bir ürəyimi dinlər oldum bir məntiqimi... Diləyirəm, tanrıya yalvarıram hər şey əvvəlki kimi olsun deyirəm amma iş işdən keçdi artıq bilirəm... Çoxdan bitdi. Doğrudan insan itirincə anlarmış sevdiyinin əslində hər şeydən çox qiymətli olduğunu. Mən anladım onsuz da... İşin pis tərəfi çox gec qaldım. Elə düyündə ki hər şey... O qədər qeyri-mümkün ki o xatirələri yenidən yaşamaq. Yalnız xatirələr deyə xatırlayar oldum. ..Onunla yaşadığım xoşbəxt günlərimi çıraqla axtarar oldum. ..Amma ümidsiz də yaşanmaz. Əlbət bir gün bir şeylər olacaq. Bəlkə bu gün , bəlkə sabah əlbət mənim üçün darıxacaqsan.

Çünki mən sənin üçün çox darıxıram. Hələ səni dəlilər kimi sevirəm. ..Amma səni incitmək istəmirəm anlayırsanmı? Başqası varkən mən axmaqlamaq istəmirəm. Xoşbəxt ol istəyirəm... Xoşbəxtliyini əsla pozmaq istəmirəm. Məni heç unutmayacaqsan olarmı? Söz verdin. ..bilirəm ... Bəzi sözlərini tuta bilmədin...Elə məndə.. Bilirsən canım mənim?

Hər şeyə baxmayaraq sevirəm səni...

TANRININ ƏN DƏBDƏBƏLİ HƏDİYYƏSİSƏN SƏN !...
Mənim həmişə ürəyimdəsən unutma!... Özünə yaxşı bax...
İndi isə get...Get və son diləyimi yerinə yetir...
XOŞBƏXT OL !


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi varmı?
loading...