Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitdi!!

Bitdi!!!Yenə mübahisə,yenə ayrılıq...Amma bu dəfə əvvəlki kimi deyil...Bu dəfə əsil SON...Sonun sonu yaşandı...Getdin!!! Sənsiz qaldım...Yenə göz yaşlarımla qaldım..Yenə divarlarla qaldım...İçimdəki yalnızlıq,sənsizlik...Sən və sənin bərabərində itirdiklərim – sevinclərim,gülüşlərim,ümidlərim....Qazandıqlarım – göz yaşlarım,qaranlığım,fikirlərim,dərdlərim...Amma sənsiz qala bilmirəm...Mən də gedirəm...Hər şeyi arxada qoyuram...Bu dəfə dözəcəm Sənsizliyə...Ağlamayacam,amma buna özüm də inanmıram heç...Ağlamayacam???Bəs indi niyə ağlayıram?!Niyə??Nəyə görə?!Kimə görə?! – SƏNƏ görə...Hər şey sənə görə...Həyatımın mərkəzinə qoymuşdum səni...Sən getdin....Hər şey dağıldı... Sən getdin....Yıxıldım qalxa bilmirəm...Sən getdin..Ağlayıram gülə bilmirəm...İstəyirəm edə bilmirəm...Bacarmıram...

Bəs mən getsəm???
Heç nə olmayacaq...Hər şey olduğu kimi qalacaq...Heç nə dəyişməyəcək...Çünki varlığımda da bir şey dəyişmirdi...Varlığım da bir məna yox idiki gedişim də incitsin səni...Artıq maraq dairəndə deyiləm...Problemlərin başqadı artıq...Mənim kimi bir problem silindi həyatından...Artıq bezdirmişdim səni eyni sözlərlə,eyni cümlələrlə....Soyutmağı bəlkə də bacarmışdım...Artıq sevmirsən məni...Nifrət edirsən mənə...MƏN ADDA BİRİNİ TANIMIRSAN...Mənə qarşı hiss etdiyin budu sadəcə - Nifrət....Amma bu qarşılıqlı deyil...Nə etsəm də sənə nifrət edə bilmirəm...Sevgim dəyişmir...Nə edirsən et,nə deyirsən de Səni yenə də Sevirəm...Bütüb nifrətinlə Sevirəm...Sadəcə varlığın belə kifayətdi mənə...Amma onu belə artıq bilirsən mənə...

Mən də gedirəm...Hər şeyi arxada qoyuram...Ölənə qədər səni sevsəm də Əlvida!!Hər zaman qəlbimdə olsan da Əlvida!!!Aldığım nəfəsim olsan da Əlvida!!! Artıq:Sən Mənim Deyilsən!!!
Əlvida!!! Son sözüm: Yenə də Sevirəm Səni...Yalnız Səni...Əbədi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 178 Bölmə: Sevgi varmı?
loading...