Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internet Sevgisi

İnternetdə başlayan, realda davam edən sevgi və sonda sönən ulduz...
Möhtəşəm sevgi hekayəsi... Mütləq oxuyun :) Bəyənsəniz "like" etməyi unutmayın...:)

Yadındadırmı internetdə danışmağımız? Artıq 2 ilin sirdaşı olmuşduq... Qəlbimin dərinliklərindəki,hətta yaxınlarımın belə bilmədiyi sirrləri sən bilirdin... Sənin sirrlərini isə mən... Dost idik. Sənə “dostum” deyə müraciət edirdim... Amma qəlbimdə qənə qarşı sevgi yaranmışdı... Deyə bilmirdim... Qəbul etməyəcəyindən qorxurdum... Mənə zaman lazım idi... Düşünmək üçün, güc toplamaq üçün, həmçinin sənə də, “O”-nu unutmaq üçün... Bilirdim həyatında kimsə var, amma əmin idim ki, onu sevmirsən...

Sənə “Səni Sevirəm” demək anı artıq gəlib çatmışdı... Hər birimiz yetkin insanlar idik... Sənin də qəlbində mənə qarşı olan hissləri duymuşdum, buna görə cəsarətim bir az artmışdı... Bu etirafı sənin ad gününə saxladım, düşündüm ki, səninçün ikiqat hədiyyə olar...

Yadındadırmı sənə ilk dəfə əllərindən tutub titrəyə-titrəyə “səni sevirəm” deməyim? Yadındadırmı o utancaq baxışlarımız? Qızarmışdın, sanki dərsdə danlanmış uşaq kimi üzünü küncə çevirib susmuşdun... Amma sevinirdin... Çünki, sən bunu gözləyirdin...

Yadındadırmı səki ilə üzüyuxarı, zarafat edə-edə getməyimiz? Hərdən “sən pissən” deyib guya geri qayıtmağın? Və sonra da “zarafat eliyirdim, səni sevirəm” deyib məni qucaqlamağın?! Yadındadırmı gecələr evdə heçkəs eşitməsin deyə pıçıltıyla danışmağın? Səsin çox şirin idi... Elə hey eşitmək istəyirdim sənin pıçıltını,mənə ruh verirdi...

Gecəni çox sevirdin, hər gecə gəzməyə çıxırdıq... Ulduzları seyr edirdik... “Bu ulduz mənəm, sönməyimə az qalıb” deyirdin, mənisə bunu adi bir zarafat kimi qəbul edirdim... Amma... Amma bilmirəm nə oldu... Həyatıma uzun bir sükut çökdü, məni tərk etdin... Ulduzlarmı ayırdı bizi,yoxsa həyatmı?! Bilmirəm, əzizim !

Səninçün çox darıxmışam, səsin üçün, təbəssümün üçün... Pıçıltın üçün, gülüşün üçün... Gözəl qəlbin üçün... Və nəhayət “sönməyinə az qalan” bir Ulduz üçün ! O, mənim həyatımın ulduzu idi... Bir zaman yanımda idi, indi isə əlçatmaz göylərdən qəbrin üzərinə nur saçaraq göz yaşlarımı parıldadır! O ulduz sənsən, hansı ki, ömür boyu məni izləyəcək... O ulduz sənsən, hansı ki, o indi mənim hər şeyimdir! Sən mənim Ulduzumsan, daim parlayacaq, gecələr yollarıma işıq saçacaq.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Sevgi varmı?
loading...