Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qisqancliq Sevgidir Yoxsa Noqsan?

Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Bu sözləri hələ bizim eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib.Lakin tarixin bütün dövrlərində,
adi insanlardan tutmuş dahilərə qədər məhəbbətin acı zəhəri - qısqanclıq haqqında düşüncələr söyləyənlər olub.
Məsələn, Aleksandr Düma -ata hesab edir di ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir.
Andre Morua əmin idi ki, qısqanclıq insanları bir-birinə bağlayır,
Filosof Jordano Bruno isə qısqanclığı məhəbbəti məhv edən bir qüvvə kimi gələmə verirdi.
Bəs qısqanclıq nədir? Biz bu qüsuru özümüzdə aşkar etdikdə nə etməliyik?
Qısqanclıq həddini aşanda, yəni patologiya halını alanda,
bu hissi artıq Piza universitetində öyrənməyə başlayırlar.
Universitetin dosenti Kyar Simonelli deyir:”Qısqanclığın yaş həddi, cins fərqi olmur.Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır.
Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən fərqlənir”.
Nəsihətimiz isə belə olacaq: qısqanclıq, əlbəttə ki, əsl məhəbbətin göstəricisidir.
Lakin qısqanclıq həmçinin eqoizmin də bariz göstəricisidir.
Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı qul etmək mümkün deyil.
Tarix göstərir ki, zor, güc həmişə faciə ilə bitir.
Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar kı, hisslərini nəzarətdə xaslayasınız,
ani düşüncələrə uymayasınız, qısqanclığın gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən,
səbəbsiz yaranmış qısqanclıq hissini isə açıq və saf hisslərlə üstələyin
Nəticəsi – sevgi ilə dolu həyat olacaq.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi varmı?
loading...