Hələ 18 yaşında idi, amma həyatının sonundaydı. Müalicəsi mümkün olmayan ölümcül bir xərçəngə tutulmuş, dərd içində evə bağlanmışdı. Küçəyə çıxmırdı. Anası və bir də özü. O qədər idi bütün həyatı. Bir gün darıxdı, dözə bilmədi, atdı özünü küçəyə. Bir yığın vitrinin qarşısından keçdi.
bir CD satan dükanı da geridə buraxmışdı ki, bir an dayandı. Geri döndü, gözünə sataşan gənc qıza bir daha baxdı. Öz yaşlarında gözəl bir gənc qız idi dukanda i$leyen. İlk baxışda eşq buna deyərlər sanki. İçəri girdi. Qız gülümsəyərək onun yanIna geldi. "Sizə necə kömək edə bilərəm" deyə soruşdu.Kəkələdi,neçə bəhanə sadaladı, sonra "Bəli" deyə bildi. Və təsadüfi bir CD-ni işarə etdi. "Bu CD-ni isteyirem."dedi zeif sesle. Qız CD-ni götürdü, içəri getdi. Az sonra CD paket edilmiş şəkildə geri gəldi. Paketi aldı, dükandan çıxdı, evinə qayıtdı, açmadan şkafa atdı. Ertəsi səhər yenə getdi eyni dükana. Yenə bir CD göstərdi qıza,alIb.. evə gətirdi, yenə paketi açmadan atdı şkafa. Günlər həmişə alınıb sardırılan CD-lərlə keçdi. Qıza ürəyini açmağa heç cür cəsarət edə bilmirdi. Anasına ürəyini açdı sonunda. Anası "Get danış oğlum, nə var bunda"-dedi.
Ertəsi səhər bütün cəsarətini yığdı. Erkəndən dükana getdi, bir CD seçdi. Qız gülərək götürdü CD-ni. Arxaya getdi, paketləməyə. Qız içəridəykən bir kağıza "Sizinlə bir gecə gəzə bilərəmmi"-deyə yazdı və altına telefon nömrəsini əlavə etdi, notu kassanın yanına qoydu gizlicə. Sonra paketini alıb qaçdı yenə dükandan.Bir nece gun evde qIzdan zeng gozLedi.lakin hec bir xeber yox idi.:/ OgLan bundan hiss etdiki,Belke de qIzIn menden xo$u gelmir.Dayanmadan qIzI du$unmek onu olumune daha da yaxINLa$dIrIrdI.Halbuki,hekimlerin dediyine gore qIza a$iq olandan beri onun saglamlIgInda mocuzevi bir irelileyi$ var idi.
İki gün sonra evin telefonu çaldı. Anası açdı telefonu. CD dükanındakı hemin qız idi zəng edən. Cavan oğlanı telefona istedi.Ana ağlayırdı. "Dünən itirdik oğlumu" - dedi aglayaraq. :'(
Cənazədən bir neçə gün sonra, ana oğlunun otağına girdi. Ətrafı səliqəyə salmalı idi. Şkafı açdı. Oraya atılmış bir yığın açılmamış paket gördü. Paketleri götürdü, oğlunun yatağına oturdu və onlardan birini açdı. İçində bir CD var idi, bir də kiçik not: "Salam. Sizi elə şirin gördüm ki. Daha yaxından tanımaq istəyirəm. Bir axşam birlikdə gəzmək istərdim. Sevgilərlə Jasmin!" :(((((((
Ona gore de, hec vaxt oz hisslerinizi etiraf etmekden cekinmeyin.Sevirsinizse vaxt itirmeden bunu ona deyin.EKs halda..cox gec ola biLer..!
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi varmı?