Birdən elə olur ki, ən çox ona ehtiyac duyursan. Birdən yanındaykən ən zəhlən getdiyin adam o olur.
Birdən durduğun yerdə üstünə qışqırmaq istəyirsən. Birdən sadəcə öpmək...
Saçlarını sığallamaq, əlcəkləri olduğu halda geyinmədiyini görüb əllərini isitmək soyuqda.
Bəzən sən onun həyatı olursan, bəzənsə, o sənə həyatın acı tərəflərini hiss elətdirir.
Özünsən də bəzən. Amma heç vaxt gözlərində itmirsən. Bəlkə də, qorxursan, hə?
"Bəlkə, mən hələ sevmirəm?" deyirsən. Çox vaxt bunun yalan olduğunu anlayırsan saçını qulağının arxasına ötürüb sənə doğru gülərkən.
Bu necə yalan ola bilər ki?! Bu gülüş! Bu tək sağ yanaq qəmzəsi! Bu balaca gözlər! Ürəyimi əsdirən bu qoxu!
Bunun adı başqa nə ola bilər?! Sənin üçün gülür o. Onun ürəyi sənin üçün döyünür.
Bəzən sən onun həyatı olursan. Ən çox "getmə və bu gecə yanımda yat" deyərkən.
Sevgi... Bu zibil nə vaxt gəlir? Nə vaxt yürüyüşə çıxır və nə vaxt səni fəth edir? İşğal olunursan, xəbərin olmur…
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi varmı?