Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEN MENI YANDIRDIN,MENSE WEKLINI...

Dünən yenə coşmuşdum.İncidirdi acı xatirələrin.
Götürdüm bütün şəkillərini bir-bir baxdım.
Hər baxdıqca onu canlı film kimi gözümün önündən keçirdim.

Düşündüm nə günlər yaşamışıq biz.Elə günlər ki, bir serial qədər dəyəri var.
Hirsli idim sənə.Necə əlin gəlirdi illərcə çəkdiyimiz bu səhnəni məhv etməyə.
Bu səhnələr artıq film lentlərində deyil,xatirələrdə idi.

Əsəbi boğa bilmədim.Yandırdım şəkillərini...hamısını bir-bir,tək-tək,baxa-baxa,göz yaşı axıda-axıda.
Sonra uzun səssizliyə daldım.Bilmədim nə etdiyimi.Şeytana uymuşdum yandırmışdım şəkillərini.

Daha sənə necə baxacaqdım mən.Kaş ki yandırmasaydım da.Cırıb atsaydım.
Heç olmasa sonra onları bir araya gətirərdim və ya ən azından şəklindən cırılmış göz hissəsini saxlayardım, ona doya-doya baxardim

Gec idi artıq hər şey bitmişdi.
Sən məni yandırdın...Mənsə şəklini!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?
loading...