Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Chatda Yaranmış Sevgi.

Həyat qəribədir.Hər kəsə bir şey yaşadır.Gənc və gözəl olan bir qız çox kədərli olduğu bir gün chata girir.Hər gün rəfiqələrinin daxil olduğu bir chata.Bir oğlanla tanış olur.Çox mehriban dostlar olurlar.Lakin bir gün oğlan İrana getməli olduğunu deyir.Qız səbəbini soruşduqda:
- Mənim ürəyim xəstədir,təcili əməliyyat olmalıyam,deyir.
Oğlan getməyinə iki-üç gün qalmış qıza onu sevgidiyini deyir.Qız məhv olur.Çünki oğlana sadəcə olaraq dost gözü ilə baxırdı.Əvəzində isə "Sən get,sağ-salamat qayıt.Bax o zaman sənə cavabımı deyəcəm".Əslində qız bu sözləri sadəcə əməliyyata gedən bir dostunun qəlbini qırmamaq üçün deyirdi.Oğlan yola düşür,10 gün ərzində qayıdır.Lakin qız bu müddət ərzində bir oğlana vurulur.Bəlkə də bu vaxt ərzində qzıın nə tez aşiq olduğunu düşünəcəksiniz.Amma qəlblərindəki düşüncələri,fikirləri çox uyğun gəlirdi.Bu vaxt ərzində qızın dostu da gəldi.Cavab gözlədiyi bir vaxtda qız uyğun dillə başa salır.Oğlan əvvəllər başa düşdüyünü deyirdi,lakin sonralar oğlan qıza zəng edərək intihar edəcəyini deyirdi.Qız nə edcəyini bilmirdişHeç bir kəs deyə bilmirdi.Qız özünə qapılaraq bütün gününü ağlamaqla keçirirdi.Anası artıq narahat olurdu,amma qız heç nə deyə bilmirdi.bir neçə gündən sonra isə qıza bir sms gəldi.O zaman qız instituta iş verməyə getmişdiçyarı yolda qız deli oldu.Sms dostunun xalası oğlundan idi.O oğlanın intihar etdiyini yazmışdı.Həmin gün qız işini verə bilmədi,hətta qızda intihar etmək istəmişdi,bu səfər qızı rəfiqəsi və qızın əmisi oğlu saxlamışdı.İki gündən sonra oğlan xəstəxanadan çıxdığı bildi.Amma bu səfərdə qız oğlanın evdən qaçdığını eşitdi.
Üç gün qəbirstanlıqda yatdıqdan sonra yenə intihar etdi.Bu səfər xəbəri isə oğlanın qardaşı xəbər verdi.o gündən sonra bir daha dostu ilə əlaqə saxlamadı.İki ay sonra qıza zeng gəlir.Həmin zəng dostunun zəngi idi.Artıq qızın anası hər şeyi bilirdiçbu səfər anası qıza onun zəngini açmasını dedi.O gendən sonra yenidən danışmağa başladılar.Bir gün isə təsadüf nəticəsində görüşdülər.Görüşdükdən sonra isə oğlan qıza zəng edib ona bir neçə şeyi açıqlamaq istədiyini və ondan ona nifrət etməməsini istədi.İlk açıqlaması isə belə oldu.

-"Gülüm mən sənə yalan demişəm.Mənim ürəyim deyil,gözlərimdən əməliyyat olmuşam".Qız ondan səbəbini soruşduqda."Gülüm məndən ayrılmağına dözə bilməzdim.Sənin yalnız buütün bunlarla mənim yanında qalacağını düşündüm.Ağılsızlıq etdim bilirəm,amma MƏN SƏNİ HƏLƏ DƏ ÇOX SEVİRƏM.CANIMDAN ÇOX SEVİRƏM".
Qız isə onun sevgisinə hörmət etdiyi üçün onu bağışladı.Amma qızda həmişə onu çox istədiyini və hər zaman da çox istəyəcəyini dedi.Və bir daha heç vaxt əlaqə saxlamadılar...
Bəs siz chatda və ya saytda tanıdığınız insanla sevgi yaşayardınız?Onunla ailə həyatı qurardınız?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?
loading...