Sən özün nəsən ki, sevgində nə ola,
Qəlbimi qırdın,
Yeni sevgi axtarışıyla düşdün yola…
Tapdın gözəl sevgini?
Yox, çətin taparsan…
Sən əzəldən itirmişdin sevgini…
Gecələri çətin yatarsan,
Yada salarsan mənli xatirələri…
Sayarsan bir-bir
Mənimlə keçirdiyin qiymətsiz günləri…
Unudacam səni…
Qoy tökülsün səninlə keçirdiyim anlar
Saralmış yarpaqlar tək.
Unudacam, sənə görə hədər olan illəri…
Bundan sonra özümə
Yeni bir era kəşf edəcəm…
Sənsizlik erası…
Saxlayacam səni zamanın astanasında
Yalançı arzular tək…
Qelbimi qırdın, məni sındırdın,
Nese qazandın?
Heç ne qazanmadın, əksinə itirdin…
İtirdin sevgimi, itirdin məni,
İtirdin sevgi dünyasını…
Yaxşı ki, kor olmuş gözlərim
gerçəkliyi gördü.
Öldü artıq, öldü
Sənə qarşı inamım…
Unut məni cəzaverən,
Sevmək-sevilmək sənlik deyil…
Dedim axı,
Sən özün nəsən ki, sevgin də nə ola?
Tarix: 27.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 821 Bölmə: Sevgi şerləri