Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BEYENMIR

***

Bu deyir ki, dilimdə bir baxın neçə rəng var,
Ha oxuyub baxırsan, seçmək olmur onları…
Nə qədər acı söz var, nə qədər ki, cəfəng var.
Bu ona ünvanlayır, o buna ünvanlayır…

***

O bunun ayağını qazıyır gündə-gündə,
Bu ona tor toxuyur iftira saplarından.
Bu onun nemətini talayır gündə-gündə,
O daima səhv gəzir bunun kitablarında…

***

O buna qarmaq atır, bu ona tələ qurur,
O buna şər yağdırır, bu onu yamanlayır…
Bu da boy verənlərin bir-bir boynunu vurur,
Söz-sənət meydanında yerini sahmanlayır.

***

Əsrlərlə yazarlar bu cür davalardadı,
Sənətin son hakimi gələcəkdir, gələcək.
Kimin yeri burdadır, kimin yeri gordadır,
Zaman özü hamıya yerini göstərəcək.

1997


Tarix: 25.03.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Sevgi şerləri
loading...