Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Indi Axtariram Men,ne Sevgi Var Nede Sen

Qəlbindəki sevgini yağış yuyub apardı,
Sevərkən məni səndən, səni məndən
qopardı.
Biz sənlə gizlənərdik, sevgi bizi tapardı,
İndi axtarıram mən, nə sevgi var, nə
də sən. Nə tez payız gəldi ki, heç yaya
doymamışkən,
Əhvalım hava kimi hər an olub
dəyişkən.
Nə tez ayrıldın məndən sevgimdən
doymamış sən İndi axtarırıram mən, nə sevgi var, nə
də sən.
Ağladınmı gecələr hər kəsdən gizli-
gizli,
Sanırdım xoşbəxt idik ikimiz, sizli-bizli..
Ürəyimdə yaralar səndən qalan tək izdi İndi axtarırıram mən, nə sevgi var, nə
də sən.
Qəlbimin sevincini əsdi, dağıtdı külək,
Sevgini daşıyırdı, ağlayırdı kəpənək,
Mən səninçün qəhrəman, sən
mənimçün bir mələk, İndi axtarırıram mən, nə sevgi var, nə
də sən.
Duyğularımdan sənə hədiyyə
bağlamışdım,
Verdiyin məhəbbəti qəlbimdə
saxlamışdım, Sən gedərkən bilirsən nə qədər
ağlamışdım,
İndi axtarıram mən nə sevgi var, nə də
sən.
Indi tək oturmuşam düşünürəm tək
səni, Itirmək çox çətindir dəhşət sevərək
səni,
Bilmirəm, mən bilmirəm unutmur ürək
səni,
İndi axtarırıram mən, nə sevgi var, nə
də sən. Daha yazmayacağam söz verirəm
özümə,
Üsyan edirlər daha göz yaşlarım
gözümə,
Xoşbəxtsənsə nə yaxşı, fikir vermə
sözümə, İndi axtarmaram mən nə sevgini, nə
səni...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...